Nazirlik müsabiqə keçirir
Bizi izləyin

Art

Nazirlik müsabiqə keçirir

Mədəniyyət və Turizm Nazirliyi Mətbuat Şurası ilə birlikdə “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.

Nazirlikdən Publika.az-a bildirilib ki, müsabiqəyə 2016-cı ilin may ayının 20-dən iyun ayının 20-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Birinci yerin sahibi 1000 manat, ikinci yer (2 nəfər) 700 manat, ücüncü yer (3 nəfər) 500 manat, 5 nəfər - 300 manat həvəsləndirici mükafat alacaq.

Müsabiqəyə yazı təqdim etmək üçün bank hesabının olması şərtdir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm