• USD 1,7008 0,00% EUR 2,0035 +0,31%
    • GBP 2,1952 +0,27% RUB 0,0286 +0,70%

Yazıçımız beynəlxalq mükafata doğru

  • Art
  • 20 May 2016 18:45
  • 337 Baxış
Yazıçımız beynəlxalq mükafata doğru

Slavyan Ədəbiyyat Festivalının UNESCO və IWU təsisatları ilə birgə təqdim edəcəyi Adam Mitskeviç adına beynəlxalq mükafatın 18 nəfərdən ibarət nominantlar siyahısı açıqlanıb. Festivala Polşanın paytaxtı Varşava ev sahibliyi edir.

Siyahıda azərbaycanlı yazıçı Varisin də adı var. Həmyerlimiz bu şərəfə ötən ilin sonunda Moskvada işıq üzü görmüş “3+1” audiokitabına görə layiq görülüb.

Həmin kitab bu günümüzün qaranlığında işıq tapanlar barədə psixoloji xarakteristikadır, bir pozitivin üç neqativ üzərindəki qələbəsinin şərhidir. Kitabın leytmotivi isə belədir: “İnsan özünün ən güclü zərbələrini yaşadığı zamanın ən zəif vaxtlarına saxlamalıdır”.

Nominantların hamısı Adam Mitskeviç adına diploma layiq görüləcəklər. Qalib isə baş mükafatı – Mitskeviç medalını qazanacaq.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR