Xalq artistinin doğum günüdür
Bizi izləyin

Art

Xalq artistinin doğum günüdür

Bu gün xalq artisti, tanınmış aktyor Yasin Qarayevin doğum günüdür.

Publika.az xəbər verir ki, Y.Qarayev 22 may 1946-cı ildə anadan olub.

1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib, 1974-cü ildən Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlayıb.

Aktyor bu günə qədər də həmin teatrın səhnəsində bir-birindən gözəl obrazlar yaradır. Doğma teatrın səhnəsində Cəlal (“Komsomol poeması”), Qulu (“Tamahkar”), Əsəd (“Danabaş kəndinin məktəbi”), Mahmud (“Hacı Qəmbər”), Qafar (“Çimnaz xanım yuxudadır”) və bir çox başqa yaddaqalan obrazlar yaradıb.

Aktyor Milli televiziyada hazırlanan “Ağatların valsı”, “Bağda da putyovka var”, “Gəl qohum olaq” və başqa tamaşalarda özünəməxsus rolları ilə yadda qalıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm