Muzeydə “Reinkarnasiya” – SƏRGİ
Bizi izləyin

Art

Muzeydə “Reinkarnasiya” – SƏRGİ

Mayın 26-da Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi münasibətilə muzeyin və gənc rəssamların birgə layihəsi olan “Reinkarnasiya” adlı sərgi açılacaq.

Publika.az xəbər verir ki, muzeyin fəaliyyətində yenilik olan bu innovativ layihə çərçivəsində sərgidə Azərbaycanın müasir rəssamlarının muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş etdirilən məşhur rəssamlıq və heykəltəraşlıq nümunələri əsasında yaratdıqları reinkarnasiya (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərləri nümayiş etdiriləcək.

Vernisajda rəssamlar Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Vüqar Quliyev, Aydın Əsgərov, Elşən Qaraca, Emin Qəhrəmanov tərəfindən 15-dək rəngkarlıq və 5 heykəltəraşlıq əsəri yeni interpretasiyada, müasir baxış kontekstində təqdim olunacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm