Altı ölkənin ən gözəl rəqqasələri seçildi
Bizi izləyin

Art

Altı ölkənin ən gözəl rəqqasələri seçildi

Mədəniyyət və Turizm Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə keçirilən Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə birinci beynəlxalq müsabiqə yekunlaşıb.

Publika.az xəbər verir ki, görkəmli balet ustası, xalq artisti Qəmər Almaszadənin 100 illik yubileyinə həsr olunan beynəlxalq rəqs müsabiqəsi Yaxın Şərq və MDB məkanı üzrə ilk dəfə təşkil edilib. Sənət yarışına Azərbaycan da daxil olmaqla altı ölkədən – ABŞ, Rusiya, Ukrayna, Litva, Qazaxıstandan 200 rəqqas qatılıb. Onların çıxışlarını respublikamızın, eləcə də Rusiya və Litvadan dəvət olunan tanınmış incəsənət ustaları qiymətləndiriblər.

İştirakçılar iki yaş qrupu üzrə yarışıblar. Rəqqaslar klassik və milli rəqs nominasiyaları üzrə mükafatlandırılıblar. Qaliblərə diplom və hədiyyələr təqdim edilib.

Müsabiqənin bağlanış mərasimi qaliblərin ifasında qala-konsertlə başa çatıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm