Bəhram Osmanovun sorağı belə gəldi
Bizi izləyin

Art

Bəhram Osmanovun sorağı belə gəldi

Bəhram Osmanov Lənkəran teatrında yeni tamaşanın məşqlərinə başlayıb.

Publika.az xəbər verir ki, Əli Vəlioğlunun “Əsrlərin harayı” əsəri əsasında hazırlanan tamaşa iyunun sonlarında sənətsevərlərə təqdim olunacaq.

Qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edən səhnə əsərinin hazırda məşqləri aparılır.

Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Əsas rollarda teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev və digərləri yer alıblar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm