“Dəcəl çəpişlər” Masallıda
Bizi izləyin

Art

“Dəcəl çəpişlər” Masallıda

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi “Multikulturalizm ili” çərçivəsində Masallıda maraqlı tamaşa ilə çıxış edib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Masallı Rayon Mədəniyyət Evində təqdim olunan “Dəcəl çəpişlər” adlı ikihissəli musiqili nağıl-tamaşa maraqla qarşılanıb.

Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanan tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlərdir. Əsas rolları aktyorlar Güldanə Əzimova, Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva, Şaban Cəfərov, Əmrah Dadaşov, Fərid Rzayev, Elnarə Nağdəliyeva və Gülnarə Əzizova ifa ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm