Ukrayna ulduzları “Qu gölü”nə gəlir
Bizi izləyin

Art

Ukrayna ulduzları “Qu gölü”nə gəlir

İyunun 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində klassik balet sənətinin ən dəyərli nümunələrindən olan P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşada teatrın balet truppasının artistləri ilə yanaşı, Ukrayna Milli Operasının aparıcı solistləri – Ukraynanın Əməkdar artistləri Tatyana Lyozova və Sergey Sidorski də birlikdə çıxış edəcək.

Tamaşanın dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm