Londonda Azərbaycanlı rəssamın sərgisi açılıb
Bizi izləyin

Art

Londonda Azərbaycanlı rəssamın sərgisi açılıb

Londonun “The Framers” qalereyasında tanınmış azərbaycanlı rəssam Əli Şəmsinin fərdi sərgisi açılıb.

“Yeni müasir rəsmlər” (New Contemporary Paintings) adlı sərgidə rəssamın müasir dünyaya baxışını əks etdirən sənət əsərləri nümayiş olunur.

Müxtəlif janrlarda işlənən sənət əsərləri maraqla qarşılanıb. Sərgi mayın 28-dək davam edəcək.

Fırça ustasının əsərləri dünyanın bir çox prestijli qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır. 1998-ci ildən etibarən onun mütəmadi olaraq ABŞ, Almaniya, Latviya, İtaliya və digər ölkələrdə fərdi sərgiləri təşkil olunur.

Həmçinin, rəssamın İçərişəhərdə yerləşən emalatxanası Bakıya gələn əcnəbi qonaqların sevimli turist məkanlarından biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm