"Xeyirlə şərin rəqsi" təqdim olundu
Bizi izləyin

Art

"Xeyirlə şərin rəqsi" təqdim olundu

Mayın 27-də Nizami Kino Mərkəzində Azərbaycanın dedektiv yazıçısı Çingiz Abdullayevin "Quba kapriçosu" povestinin motivləri əsadında çəkilmiş "Xeyirlə şərin rəqsi" adlı bədii filminin təqdimatı mərasimi keçirilib.

Publika.ax xəbər verir ki, təqdimat mərasimində filmin yaradıcı heyəti ilə yanaşı, tanınmış mədəniyyət və incəsənət xadimləri də iştirak edib.

Xalq Yazıçısı Çingiz Abdullayev bildirib ki, bu, onun əsərləri əsasında Azərbaycanda çəkilən sayca üçüncü, ümumilikdə isə onuncu filmidir. Xalq yazıçısı açıqlamasında bildirib ki, baş rol ifaçılarını rejissorla birlikdə məsləhətləşərək seçiblər:

"Romanlarım əsasında çəkilmiş əvvəlki filmlərdə də rejissorlar həmişə mənimlə məsləhətləşib".

Filmdə baş rolu tanınmış müğənni İlqar Muradov canlandırıb. İlqar Muradov qeyd edib ki, onun üçün Çingiz Abdullayevin bir çox kitablarının əsas qəhrəmanı olan Dronqonun rolunda çəkilmək böyük şərəfdir. İ.Muradov Ç.Abdullayevə filmin qəhrəmanının əsas atributu olan əsa bağışlayıb.

Digər rollarda xalq artistləri Məbud Məhərrəmov və Şükufə Yusupova, əməkdar artistlər Qurban İsmayılov, Ayşad Məmmədov, Şövqi Hüseynov, Əjdər Zeynalov, Rasim Cəfərov, Münəvvər Əliyeva və digərləri çəkilib.

Ssenarisi Ç.Abdullayevin özünə aid olan filmin quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Yavər Rzayev, quruluşçu-operatoru Nadir Mehdiyev, quruluşçu-rəssamı Rafiq Nasirov, bəstəkarı Siyavuş Kərimi, icraçı prodüsseri Nadir Əliyev, prodüsseri Müşfiq Hətəmovdur.

Filmin çəkilişləri Bakı və Qubada aparılıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm