• USD 1,7008 0,00% EUR 2,0035 +0,31%
    • GBP 2,1952 +0,27% RUB 0,0286 +0,70%

Şahin Musaoğlundan yeni kitab – “Yaşamaq gözəldir, yaşatmaq sonsuz”

  • Art
  • 31 May 2016 12:15
  • 420 Baxış
Şahin Musaoğlundan yeni kitab – “Yaşamaq gözəldir, yaşatmaq sonsuz”

Bu günlərdə tanınmış ziyalı Şahin Musaoğlunun “Yaşamaq gözəldir, yaşatmaq sonsuz” adlı yeni kitabı işıq üzü görüb.

Publika.az xəbər verir ki, daha çox hərbi-vətənpərvərlik ruhunda yazılmış populyar mahnıların, o cümlədən “İgid əsgər, möhkəm dayan!”, “Cənab leytenant”, “Bismillah”, “Birinci batalyon”, “Vətən çağırır” kimi savaş türkülərinin müəllifi olan Şahin Musaoğlu, bu dəfə qələmini nəsrdə sınayıb.

“Yaşamaq gözəldir, yaşatmaq sonsuz” adlı sənədli povest dünyaca məşhur türk həkimi, Türkiyənin Başkənd Universitetinin qurucusu, bir sıra nüfuzlu elm ocaqlarının professoru, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, doktor Mehmet Haberala həsr olunub. Əsərdə böyük bir elm adamı və ictimai xadim kimi Mehmet Haberalın keçdiyi ömür yolu bədii və real həyat həqiqətlərinin fonunda əks olunub.

Əsərdə onun dünya tibb elminə verdiyi böyük töhfələr, millət və dövlət yolunda sonsuz çabaları, başına açılan ağrılı-acılı, eyni zamanda, haqsız müsibətlər barədə də dolğun məlumatlara rast gəlinir.

Ünlü professorun tələbəsi olan Şahin Musaoğlu böyük sevgi və səmimiyyətlə qələmə aldığı əsərində öz müəllimi, Türkiyə, Avropa və ümumən dünyada ilk dəfə bir sıra uğurlu qaraciyər transplantasiyası əməliyyatları həyata keçirən professor, doktor Mehmet Haberalın parlaq bir şəxsiyyət obrazını yaratmağa müvəffəq olub. Kitabda onun barəsində İhsan Doğramacı, Süleyman Dəmirəl, Kamal Kılıçdaroğlu, Dəniz Baykal və başqa məşhurların fikirləri də yer alıb.

Bundan başqa, kitabda müxtəlif illərdə Azərbaycan mətbuatında M.Haberal haqda çap olunmuş çeşidli yazılar toplanıb. Həmçinin professor Mehmet Haberalın dünyanın bir sıra ölkələrində çalışan tanınmış tələbələrindən Hikmət İsmayılovun, Rauf Şahbazovun məqalələri işıq üzü görüb.

“Yaşamaq gözəldir, yaşatmaq sonsuz” kitabı Şahin Musaoğlunun 2003-cü ildə çap olunmuş ”İgid əsgər, möhkəm dayan” nəşrindən sonra oxucularla ikinci görüşüdür.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR