• USD 1,7001 0,00% EUR 2,0116 +0,66%
    • GBP 2,2843 +0,83% RUB 0,0290 +1,03%

Azərbaycanlı rəssamın Moskvada sərgisi açılacaq

  • Art
  • 31 May 2016 18:23
  • 289 Baxış
Azərbaycanlı rəssamın Moskvada sərgisi açılacaq

Tanınmış azərbaycanlı rəssam Abbas Kazımov 60 illik yubileyini Moskvada Dövlət Şərq Muzeyində sərgi ilə qeyd edəcək. Ekspozisiyada müəllifin “Qırmızı və Qara”, “Pirosmaniyə ithaf” və “Xalça üslubunda” seriyasından 100-dək əsəri yer alacaq.

Abbas Kazımov haqlı olaraq keçən əsrdə Azərbaycan incəsənətinin bir çox cəhətdən özünəməxsusluğunu müəyyənləşdirən Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri hesab edilir. Orijinal yaradıcılıq üslubuna malik bu rəssamlar təkcə XX əsr Avropa rəssamlıq məktəbindən deyil, həm də Kolumba qədərki Amerika, Hindistan və Afrika xalqlarının mədəniyyətindən ilhamlanıblar.

Abbas Kazımov özündən yaşlı müasirlərindən rəsmin ədəbilikdən və həyat reallığının hərfi təcəssümündən azad olunması tendensiyasını mənimsəyib. Rəssamın əsərlərinin məzmunu, üslub və metodu zaman-zaman xalça ornamentikasının yaradıcı şəkildə yenidən dərki prinsiplərini müəyyənləşdirməyə başlayıb.

A.Kazımov Şərq mədəniyyətini və təsviri incəsənətin klassik məktəbini bir araya gətirən unikal texnikanın müəllifidir. Onun “xalça üslubu” miniatür, xalçaçılıq, tikmə və metal üzərində döymə sənətinin sintezindən ibarətdir. Uşaq vaxtı eşitdiyi nağıllar, Şərq xalçalarının ornamentləri, nənələrin saldığı yorğanlardakı qəribə naxışlar, Azərbaycanın ulduzlu gecələri – bütün bunlar rəssamın əsərlərində əksini tapıb.

Ekspozisiyanı Dövlət Şərq Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları tamamlayacaq.

Sərgi iyunun 2-dən 19-dək davam edəcək.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>