Joze Saramaqodan həyat və ölüm haqqında aforizmlər
Bizi izləyin

Art

Joze Saramaqodan həyat və ölüm haqqında aforizmlər

Antiutopik əsərləri ilə böyük oxucu kütləsi qazanan yazara hələ də müraciət etməmisiniz?

1922-ci ildə Portuqaliyada dünyaya gələn Joze Saramaqo siyasi mesajlar ötürən əsərləri ilə ədəbiyyatda özünəməxsus yer tutub. Zarafatcıl dili, qeyri-adi yazı texnologiyası ilə diqqət çəkən yazar ədəbiyyat üzrə Nobel mükafatına da layiq görülüb.

Antiutopik əsərləri ilə böyük oxucu kütləsi qazanan yazara hələ də müraciət etməmisiniz?

Elə isə Publika.az-ın onun müxtəlif əsərlərindən topladığı maraqlı fikirlərə mütləq nəzər salın. Bu aforizmlər sizdə yazarın üslubu haqqında müəyyən anlayış yaradacaq.

1. “Kim olduğunu bilmirsənsə, özün olmağın mümkün deyil”.

2. “Əjdəhanı öldürmək üçün başını kəsmək lazımdır. Dırnaqlarını kəsərək heç nə əldə edə bilmərik”.

3. “Hamı bilir ki, dünyada ən asan şey pislik etməkdir”.

4. “Sonu yaxşı bitən hər şey yaxşıdır”.

5. “Həmişə olduğu kimi əsas qurbanlar qadınlardır. Məsumlar günahlarının əvəzini ödəməyə öyrəşiblər”.

6. “Yalnız vaxtı tamam olan ölür. Ölüm bizi bizə xəbər vermədən seçir”.

7. “Keşiş libası geyinməklə keşiş, əlinə əsa almaqla kral olmurlar. Bu reallığı daim yadda saxlamaq lazımdır”.

8. “Bir gün öləcəyimizi doğulduğumuz andan etibarən bilirik. Ona görə də, hesab edək ki, hamımız ölü doğulmuşuq”.

9. “Vicdan həddindən artıq susur. Qanunlar buna görə yaradılıb”.

10. “Ölüm gələndə hamımız eyni dərəcədə kor olacağıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm