Art
Dövlət qurumundan Fərhad Bədəlbəyliyə qarşı HÖRMƏTSİZLİK - FOTO
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin internet səhifəsində bir məqam diqqəti çəkir.
Publika.az xəbər verir ki, muzeyin internet səhifəsinin foto
sənədlər bölməsində ölkəmizin tanınmış simaları, habelə muzeylə
bağlı şəkillər yerləşdirilərək, onlar barədə məlumat verilib.
Fərhad Bədəlbəyli isə bəstəkar kimi təqdim olunub. Əslində,
F.Bədəlbəyli musiqiçidir və pianoçu kimi fəaliyyət göstərir.
Tanınmış musiqiçi SSRİ Xalq artisti kimi deyil, sadəcə Xalq artisti kimi təqdim olunub. Onu da vurğulamaq yerinə düşər ki, F. Bədəlbəyli SSRİ Xalq artisti adını alan sonuncu azərbaycanlıdır. O bu fəxri ada 1990-cı ildə layiq görülüb.
Bəstəkarlar İttifaqından Publika.az-a bildirilib ki, bəstəkar kimi o ittifaqın üzvü deyil. Musiqi Akademiyasından da F.Bədəlbəylinin bəstəkar kimi təqdim olunmasını düzgün olmadığını, yanlışlığa yol verildiyini bildiriblər: “Hər bir musiqici əsərlər yaza bilər, amma onun bəstəkar kimi təqdimatı düzgün deyil. Özü də bunu istəməzdi. O bəstəkar deyil. Fərhad Bədəlbəyli pianoçu və musiqiçi kimi təqdim edilməlidir”.
Xatırladaq ki, bu muzeydə belə hal bir dəfə də yaşanıb. Publika.az Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin internet səhifəsinin muzey haqqında foto sənədlər bölməsində Xalq artisti, sevilən aktrisa Nəsibə Zeynalovanın bəstəkar kimi təqdim edilməsi ilə bağlı yazı və fotofakt təqdim etmişdi. (http://publika.az/p/140213).
http://teatrmuzeyi.musigi-dunya.az/az/photo_about.html
Asya
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB