• USD 1,7000 0,00% EUR 2,0001 -0,08%
    • GBP 2,2810 +0,02% RUB 0,0277 +0,36%

Azərbaycanlı məşhur qızını öldürdü, sonra da oğlanlarını... – FOTOLAR/VİDEO

  • Art
  • 4 Avqust 2016 16:22
  • 5 930 Baxış
Azərbaycanlı məşhur qızını öldürdü, sonra da oğlanlarını... – FOTOLAR/VİDEO

Elə sənətkarlar var ki, dünyasını dəyişsə də, onlar barədə keçmiş zaman şəkilçisində danışa bilmirik. Çünki fiziki mənada aramızda olmayan həmin sənətkarlar bu gün sənət ömürlərini yaratdıqları obrazlarla davam etdirirlər.

Belə ölməzlərdən biri də xalq artisti, sevilən aktyor Məmmədrza Şeyxzamanovdur. Məcburiyyət qarşısında əlini “qızının qanına batıran” (“Nəsimi”), oğul həsrətiylə yanıb-yaxılan (“Tütək səsi”), zorla nişanlandığına görə kənddən qaçan oğlunu şəhərdə axtarıb tapan (“Əhməd haradadır?”) Şeyxzamanovun yeri kinomuzda çox görünür. Koloritli aktyor olan Şeyxzamanov kinonun fanatı idi. O oynamırdı, filmlərdə obrazını yaşayırdı.

Xalq artisti Rasim Balayev danışır ki, aktyor “Nəsimi” filmində Şəmsi boğub öldürəndən sonra kənara çəkilib ağlayır. Onu güclə sakitləşdirirlər. Əməkdar artist Xalidə Quliyeva da Şeyxzamanovun “Tütək səsi” filmində “Ruhani” havasını göz yaşları ilə çaldığını deyir.

Xalq artisti Rafiq Əzimov Publika.az-a aktyorla bağlı xatirələrini bölüşüb: “Şeyxzamanov adını teatr tarixinə yazdıran nəhəng aktyorlardandır. Mən onun sənətinin vurğunu olmuşam. Hələ uşaq idim, Şeyxzamanovu ekranda görüb onun kimi aktyor olmağı arzulayırdım. İlk dəfə orta məktəbdə oxuyarkən onunla tanış olmuşam. Orta məktəbdə bizə tapşırmışdılar ki, bülleten paylayaq. Təzə bazarın yanında evlərin birinin qapısını açanda onu gördüm. Dedim ki, mən sizi kinodan tanıyıram. Başladıq söhbətləşməyə. Məktəbimizdə yaratdığımız dram dərnəyindən, orada səhnələşdirilən “Vaqif” tamaşasında oynadığım Eldardan danışdım. Dedi ki, mən də gəncə teatrında işləyəndə bu rolda çıxış etmişəm, sən də çalış layiqincə oyna. Sonradan həyat elə gətirdi ki, biz eyni səhnədə çıxış eləməli olduq, eyni filmə çəkildik. Şeyxzamanov təbii, səmimi aktyor idi, buna görə də yaratdığı bütün rollar sevilir”.

Xatırladaq ki, Məmmədrza Şeyxzamanov teatrda müxtəlif tamaşalarda oynamaqla yanaşı, kinoya da çəkilib, radio və televiziyada çıxış edib.

“Əhməd haradadır?” kinokomediyasındakı Şirin kişi, “Liftçi qız”dakı rəssam, “Gilas ağacı”ndakı Qulam baba, “Nəsimi”dəki Şeyx Əzəm, “Tütək səsi”ndəki İsfəndiyar kişi, “Qızıl uçurum”dakı Qurban kişi M.Şeyxzamanovun ən maraqlı kino işləridir.

Xalq artisti M.Şeyxzamanov 1984-cü ildə 69 yaşında vəfat edib.

Cəvahir

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>