• USD 1,7000 0,00% EUR 1,9906 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0276 0,00%

Macarıstanda hun-türk festivalı - FOTOLAR\VİDEOLAR

  • Art
  • 20 Avqust 2016 12:57
  • 748 Baxış
Macarıstanda hun-türk festivalı - FOTOLAR\VİDEOLAR

Macar Turan Cəmiyyətinin təşkilatçılığı ilə Macarıstanın Buğac bölgəsindəki Kişkemets milli parkında IV hun-türk qurultayı keçirilib.

Publika.az xəbər verir ki, qurultayın məqsədi türk xalqları və onların diaspor təşkilatları arasında birliyin yaranmasına xidmət göstərməkdir.

Qurultayı giriş sözü ilə ölkə Parlamentinin vitse-spikeri Şandor Layoş və Macar Turan Cəmiyyətinin sədri Andraş Biro açıblar.

Bu qurultayda ölkəmizi Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev, Milli Məclisin deputatları Əflatun Amaşov, Qənirə Paşayeva, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal təmsil edib. Nümayəndə heyətinin tərkibində ictimai xadimlər və incəsənət nümayəndələri də olublar. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Qədim musiqi alətləri dövlət ansamblının kollektivi və sənətçilər Nuriyyə Hüseynova, Şəmistan Əlizamanlının qurultay çərçivəsində geniş auditoriya qarşısında çıxış ediblər.

Qurultayda iştirak etmiş Hədəf Kursları MMC-nin həmtəsisçisi yazıçı, pedaqoq, f.ü.f.d., dos. Şəmil Sadiq Publika.az-a açıqlamasında bildirilib ki, tədbiri eyni mədəniyyət daşıyıcılarının böyük festivalı adlandırmaq olar.

“Bu dəfə qurultayda 20 türk soyu iştirak edirdi. Avropanın mərkəzində eyni qan daşıyan xalqların adət-ənənələrinin nümayişi və at, ox, döyüş sənətini təbliğ etdiyi bir tədbir idi. Böyük bir meydanda təşkil olunan tədbirdə Azərbaycan üçüncü dəfə iştirak edirdi.Hər bir xalq öz çadırında milli mədəniyyətini sərgiləyir. Tədbirdə təxminən 200-300 min insan iştirak edir. Tədbirin əsas şərti iştirakçıların milli paltarlarında gəlməsidir. Bu il biz tədbirdə modelyer Gülnarə Xəlilovanın hazırladığı milli geyimlərlə iştirak etdik. Orada iştirak edən hər bir türk qanı daşıyıcısı üçün möhtəşəm bir tədbir hesab edilir. Dilini yaxşı bilmədiyin, lakin eyni kökdən olan xalqların bir-biri ilə səmimi münasibətini görmək olur. Bu il ilk dəfə Koreya da tədbirdə iştirak edib. Çünki onlar da özlərini qədim Hunun nəvələri adlandırırlar. İştirak edənlər orada yaşayan türklər deyil, məhz koreyalılar idi”.

Bu il Azərbaycanı tədbirdə 30 nəfərdən ibarət heyət təmsil edib. Bundan əlavə Avropada yaşayan azərbaycanlılar da iştirak edib.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>