• USD 1,7001 0,00% EUR 2,1335 0,00%
    • GBP 2,4037 0,00% RUB 0,0302 0,00%

Xalq artisti dəfn edildi - FOTO/VİDEO (YENİLƏNİB)

  • Art
  • 31 Avqust 2016 15:13
  • 2 727 Baxış
Xalq artisti dəfn edildi - FOTO/VİDEO (YENİLƏNİB)

Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovla vida mərasimi başa çatıb.

Publika.az xəbər verir ki, Təzəpir məscidində keçirilən vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mədəniyyət və incəsənət xadimləri və mərhumun ailə üzvləri iştirak ediblər.

Vida mərasimində çıxış edən Əbülfəz Qarayev Oqtay Zülfüqarovun Azərbaycan musiqisi və bəstəkarlığının inkişafında misilsiz xidmətləri olduğunu bildirib: “Oqtay Zülfüqarovun musiqisi yaşayır, bundan sonra da yaşayacaq”.

Vida mərasiminin ardından bəstəkar II Fəxri xiyabanda dəfn olunub.

***

13:38

Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovla vida mərasimi başlayıb.

Publika.az-ın məlumatına görə, bəstəkarla vida mərasimi Təzəpir məscidində keçirilir.

***

11:09

Xalq artisti Oqtay Zülfüqarovla vida mərasimi bu gün saat 13:00-da Təzəpir Məscidində keçiriləcək. Oqtay Zülfüqarov İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Bu barədə Publika.az-a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

***

10:39

Azərbaycanın məşhur uşaq bəstəkarı, Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti Oqtay Zülfüqarov 87 yaşında vəfat edib.

Bu barədə "Report"a Azərbaycan Bəsətkarlar İttifaqından məlumat verilib.

Hazırda Mədəniyyət və Turizm Nazirliyi nekroloq hazırlayır.

Allah rəhmət eləsin!

Xatırladaq ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də anadan olub.

Cəvahir

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>