Art
Darvinin əl yazması 250 min dollara satıldı
Darvinin 1858-ci il tarixli "Növlərin Mənşəyi" kitabının 270 səhifəsinin əllə yazılmış hissəsi satılıb. Həmin səhifəni 19-cu əsr Nadir Kitablar və Şəkillər mağazası (19th Century Rare Book & Photograph Shop) sahibi Stefan Loevenzeil 250 min dollara alıb. Səhifənin arxasında Darvinin qeydləri ilə birlikdə həndəsi düsturlar da mövcuddur. İki üzü də yazılı olan səhifədə 140 söz və düzəlişlər mövcuddur.
"Növlərin Mənşəyi" Çarlz Darvinin bioloji təkamül nəzəriyyəsinin əsasını qoyan kitabıdır. 24 noyabr 1859-cu ildə ingilis təbiətşünası Çarlz Darvinin "Təbii seçim yolu ilə növlərin mənşəyi və yaşamaq uğrunda mübarizədə üstün irqlərin qorunması" adlı kitabı çap edilib. Əsərin adı 1871-ci ildə dəyişdirilərək "Növlərin mənşəyi" olub. Elm tarixində ən böyük araşdırmlardan hesab olunan sayılan əsər Darvinin 1831-36-cı illər ərzində “Biql” gəmisi ilə səyahəti, xüsusilə də Qalapaqos adasındakı təcrübələrə əsasən qələmə alınıb. Bununla məşhur təkamül nəzəriyyəsinin elmi əsası qoyulurdu. Əsərdə irəli sürülən tezislər müasir təkamül nəzəriyyəsinin özəyi kimi hələ də öz aktuallığını saxlayır. Kitab çap olunarkən geniş oxucu kütləsi və ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Əsərin 1250-lik tirajla çap olunan ilk kitab nüsxələrinin hamısı elə həmin gündəcə satılmışdı.
Dilrubə Vaqifzadə
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı