Art
Türk kinosunun sultanı Azərbaycan haqqında təəssüratlarını bölüşdü - - FOTO
Bu gün Xəzər Universitetində "Avrasiya Əfsanəsi" mükafatının təqdimetmə mərasimi keçirilib.
Publika.az xəbər verir ki, təqdimat mərasiminin birinci hissəsində Avrasiya Akademiyasının yaranması və inkişafı haqqında film nümayiş olunub.
İkinci hissədə aktyor, rejissor və məşhur ssenarist Robert Hosseinin, eləcə də türkiyəli aktrisa və rejissor Türkan Şoray haqqında sənədli filmlər göstərilib. Daha sonra qonaqlara Avrasiya Akademiyasının üzvlük diplomları və “Avrasiya Əfsanəsi” mükafatları təqdim olunub.
“Bu mükafatı ölənə qədər evimin ən dəyərli güşəsində saxlayacam!”
Tədbirdə Türkan Şoray Avrasiya Akademiyasına üzv seçilən və Avrasiya Akademiyasına layiq görülən ilk qadın seçilib. Dünya şöhrətli ulduz bu münasibətlə hislərini bölüşüb: “Qardaş ölkədəyəm və belə mühitdə olmaqdan çox məmnunam, həmçinin duyğusal bir an yaşadım. Sənət bütün insanların ortaq dəyəridir. Mən də bir sənətçi olaraq burada belə gözəl bir mükafata layiq görüldüm. Bu film karyeramda inanılmaz qürurverici bir hadisədir. Azərbaycandan aldığım bu dəyərli mükafatı həm qəlbimdə, həm də evimin ən dəyərli guşəsində ölənə qədər saxlayacam! Bütün azərbaycanlılara və məni mükafata layiq görən akademiklərə təşəkkür edirəm. Bakıdan çox xoşbəxt gedəcəm".
Qeyd edək ki, xalq artisti Arif Məlikov, Türkiyənin ölkəmizdəki səlahiyyətli səfiri Erkan Özoral, fransız aktyor Robert Hossein də "Avrasiya Əfsanəsi" mükafatına layiq görülüb.
Aytən
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı