Bob Dilan Barak Obama ilə görüşməkdən də imtina etdi
Bizi izləyin

Art

Bob Dilan Barak Obama ilə görüşməkdən də imtina etdi

Bob Dilan Obama ilə görüşməkdən də imtina edib.

Bob Dilanın nümayəndəsi bildirib ki, Nobel mükafatı laureatı olan musiqiçi Obama ilə görüşə bilməyəcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, görüşdən imtinanın səbəbləri izah olunmayıb. Bu barədə Ağ evin rəsmi nümayəndəsi Coş Ernest məlumat verib. Onun sözlərinə görə, Bob Dilan səbəblərini izah etmədən Barak Obamanın Nobel mükafatçıları ilə Vaşinqtonda keçiriləcək görüşünə gəlməkdən imtina edib.

Qeyd edək ki, Bob Dilan Nobel mükafatı laureatına layiq görülən gündən bəri bu məsələyə isti baxmır. O, əvvəlcə ona mükafatın təqdim edilməsinə uzun müddət əhəmiyyət verməyib, sonra mükafatı qəbul etməyə razılaşıb, ancaq şəxsən bunun üçün Stokholma getməyəcəyini bildirib. Bu səbəbdən də mükafat qiyabi şəkildə təqdim olunub. İndi isə o, ABŞ-da keçirilən Nobel Mükafatı laureatçıları ilə görüşdən imtina edib.

Artıq bəziləri hesab edirlər ki, musiqiçinin bu reaksiyası müəyyən vətəndaş mövqeyinin təzahürüdür. Lakin məlumdur ki, Dilan siyasətdən çəkinir. Onun Obama ilə münasibətləri isə pis deyil: 2012-ci ildə Dilan Barak Obama tərəfindən ABŞ-ın ən yüksək mülki mükafatı sayılan Prezident Azadlıq medalına layiq görülüb və həmin mərasimdə iştirak edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm