“Əjdaha döyməli qız”ın 2017-ci il planı
Bizi izləyin

Art

“Əjdaha döyməli qız”ın 2017-ci il planı

“Əjdaha döyməli qız”ın davamı gəlir

“Milenium” seriyasının 5-ci kitabı, “Əjdaha döyməli qız”ın davamı 2017-ci ildə işıq üzü görəcək.

Publika.az-ın xəbərinə görə, yeni kitabın adı hələlik bəlli deyil. Kitabı İsveç jurnalisti və yazarı David Laqerkrants qələmə alacaq.

Kriminal trilogiya sayılan “Millenium”un müəllifi Stiq Larsson 2004-cü ildə 50 yaşında vəfat edib. Trilogiyanın 4-cü kitabını bitirə bilmədiyi üçün onun işini Laqerkrats davam etdirib.

Bu kitabda Mikaele Blumkviste adında jurnalist və xaker qız olan Lisbet Salanderin birgə qətl hadisəsinin araşdırmasından bəhs edilir. Müəllifin planına görə, trilogiya gələcəkdə 10 kitabdan ibarət olmalı idi.

Lisber Salander haqqında kitab müəllifin ölümündən sonra məşhurlaşdı. Kitab 80 milyon nüsxəni aşıb və 10-dan çox dilə tərcümə olunub. Trilogiya bir çox nüfuzlu kitab müsabiqələrinin də qalib adına yiyələnib.

Mələk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm