Qaçırılan polis arvadı və “Şeytan”ın oyunu - FOTO/VİDEO
Bizi izləyin

Art

Qaçırılan polis arvadı və “Şeytan”ın oyunu - FOTO/VİDEO

Qaçırılan polis arvadı və “Şeytan”ın oyunu

Bəzi filmlərin ilk kadrlarını görən kimi onun hansı ölkəyə aid olduğunu dərhal anlayırsan. Hindistan filmləri kimi. Hind filmləri istər rəqsləri, istər mahnıları ilə həmişə digərlərindən seçilib. Son illərdə isə Hindistan Hollivud filmləri ilə rəqabətə girə biləcək filmlər istehsal edir. Mövzu baxımından xeyli inkişaf yolu keçmiş Bollivud filmləri artıq hər kəsin zövqünü oxşaya biləcək tərzdə çəkilir.

Publika.az Hindistanın ən çox yaddaqalan 10 filmini təqdim edir:

“Zita və Gita” - 1972

Keçmiş Sovet ölkələrində məşhur olan klassik hind filmlərindəndir. “Zita və Gita” filmi iki əkiz bacının keşməkeşli həyatından bəhs edir. Qızlar hələ uşaq ikən bir-birindən ayrılırlar. Ancaq bir gün onlar qarşılaşır və edilən yamanlıqlar cəzalandırılır, sevgi qalib gəlir. Hər əkiz bacıların hər ikisini Asiya kinosunun ulduzu Hema Malini çox real və təbii oynayıb.

“Mənim adım Handır” - 2010

“Mənim adım Handır” filmi müasir hind filmin ən bariz nümunəsidir. Bu film hətta Bollivud filmlərini ciddi saymayanlar üçün maraqlı gələcək. Əsas qəhrəman, müsəlman Rizvanun Hanın oğlu ABŞ-dakı 11 sentyabr terrorunda vəfat edir. Həyat yoldaşı ABŞ prezidentinə bunları deməsi üçün ərini Amerikaya yola salır: “Mənim adım Handır və mən terrorist deyiləm”. Onun məqsədi müsəlmanlar qarşı olunan haqsızlıqlara və hörmətsizliyə son qoymaqdır. Film bir insanın müasir dünyada necə yaxşı və qayğıkeş olmağının çətinliklərindən bəhs edir.

“Hələ ki yaşayıram” - 2012

Məşhur dehlili rejissor Yaşa Çopranın son işidir. Rejissor filmin çıxmağına bir neçə gün qalmış həyatını itirir. Bu, Hindistanın ən çox qazanc gətirən filmlərindəndir. Film haqqında əfsanələr gəzən qorxusuz istehkamçı Samara və onun haqqında sirləri açan jurnalist Akiradan bəhs edir.

“Üç səfeh” - 2010

Hind kino tarixinin ən çox qazanc gətirən filmidir. Bu 3 saatlıq film, sizə bir dəqiqə kimi gələcək. İtmiş dostun və həyatdakı məqsədin axtarışına çıxan insanların xeyirxah, düşündürücü hekayəsidir. Ailə ilə baxmaq üçün ən ideal filmdir.

“Disko rəqqası” - 1972

Filmin əsas qəhrəmanı, küçə rəqqası Cimmi istəyi və çalışqanlığı nəticəsində Hindistanın ən məşhur ifaçılarından birinə çevrilir. Lakin Ritanı görən kimi hər şey dəyişir. Əsl kişi sevgisi üçün nələrə hazırdır? Məhz bu filmin mahnısı illərdi ata-babalarımızın dilindən düşmür “Cimmi cimmi, aca-aca...”

“Amrapali” - 1966

Bollivudun ən yaxşı tarixi filmi sayılır. Bu film şah Adjataşatrunun məşuqəsi və rəqqası haqqındadır. Gözəlçə Amparali başına gələn bədbəxtliklərdən sonra şah sarayındakı varlı həyatını buddist asket həyatına dəyişir. Amparalı istədiyi ruh halına çata biləcəkmi? Bu, yalnız filmə baxan zaman aydın olur.

“Ravana” - 2010

Ayşvariya Ray 50-dən çox filmdə rol alıb. Bu film cazibədar aktrisanın istedadını göstərən filmlərdən biridir. Filmin ikinci adı “Şeytan”dır. Filmdə quldur dəstəsinin başçısı Virin polis arvadı Radcini qaçırmasından bəhs edilir. Həyat yoldaşı Radcini axtararkən, oğurlanan qadın quldurun içində yaxşı və xeyirxah hisslərində gizləndiyini aşkar edir. Dünyanın dar çərçivələrinə sığmayan bir məhəbbət hekayəsidir.

“Dedvas” - 2002

Ayşvariya Rayın daha gözəl bir rolu. Əbədi sevgi və üç küsmüş ürək haqqında sevgi filmi. Candramuki ürəyini evli Pervataya vermiş Dedvası sevir. Məhəbbəti üçbucağı onların o biri həyatda da ruhlarının yenidən qarşılaşması ilə nəticələnir.

“Sevgili” - 2007

Film Dostayevsikinin ölməz əsəri “Ağ gecələr” əsasında çəkilib. Filmin əsas qəhrəmanı Sakim sevdiyi və onu sevən insan arasında seçim etməlidir. Bu qərar onun gələcək həyatını tamamilə dəyişdirəcək.

“Bələdçi” - 1965

Hindi kinematoqrafiyasının şedevri sayılır. Vidjay Anandanın möhtəşəm yaradıcılıq məhsulu ilə Avropa film çıxandan 42 il sonra tanış olur. 2007-ci ildə Kan festivalında keçmiş məhbus Radjunun hekayəsi böyük rəğbət toplayır. Film sizə nəinki ətrafdakı insanlarla, həmçinin özünüzlə necə dil tapmağı öyrədəcək.

Mələk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm