İsmayıllılar Baba Vəziroğluna nə HƏDİYYƏ EDƏCƏK? - “40 il qabaq...”
Bizi izləyin

Art

İsmayıllılar Baba Vəziroğluna nə HƏDİYYƏ EDƏCƏK? - “40 il qabaq...”

“Mən ona hədiyyəmi 40 il əvvəl vermişəm”

Mindən artıq şeirinə mahnı bəstələnən nəğməkar şair Baba Vəziroğlunun doğum günüdür. Sözsüz ki, doğum günü deyəndə ilk ağla gələn də hədiyyələr olur. Bəs görəsən, dəyərli söz ustasına yerliləri, sənət dostları nə hədiyyə edəcək?

Publika.az bununla bağlı şairin dostları arasında mini sorğu keçirib:

Şair, tərcüməçi, Maarif Soltan həmkarına ad günündə hədiyyə verməyəcəyini dedi: “Mən ona hədiyyəmi 40 il əvvəl vermişəm. Səmimi dostluq, birlikdə keçirdiyimiz gənclik illərimi, paylaşdığımız dərdimiz, sevincimiz ona ən böyük hədiyyəmdir. Bundan böyük hədiyyə olmaz. İnsan 40 ildir dostluq edirsə, bundan bezmirsə, bu, əsl hədiyyədir. Məncə, bu dostluq Babadan mənə, məndən də Babaya hədiyyədir. 40 il əvvəl etdiyimiz hədiyyəni ikimiz də tutya kimi saxlayırıq. Təəssüf ki, indi bir az kənardayam, sizin vasitənizlə ona hörmətimi və məhəbbətimi bildirirəm”.

Təbriki bir gün əvvəldən edən bədii qiraətçi Pünhan İsmayıllı hələ hədiyyə məsələsində fikrini qətiləşdirməyib: “Şairə nə hədiyyə verərlər? Qələmdən, kitabdan bir şey bağışlayacam. Amma hələ ki, dəqiq seçim etməmişəm. Hər il rayonumuzun dəyərli şəxsləri ilə birlikdə Baba müəllimin doğum gününü qeyd edirik. Bizim bir yerə toplaşmağımız onun üçün ən dəyərli hədiyyədir. Özünün də dediyi kimi:

Bir ömür, bir tamaşa,

Hərə bir rol oynayır.

Həyat da bir səhnədir.

Hərə bir rol oynayır.

Həmin axşamlarda da hərəmiz bir rol oynayırıq ki, onun ad günü gözəl keçsin.

Картинки по запросу Musa Yaqub

Şair Musa Yaqub hədiyyəsinin orijinal olacağını desə də, onun nə olduğunu sirr kimi saxladı: “Əvvəldən hədiyyəni demək doğru deyil. Qoy Baba müəllim üçün də sürpriz olsun. Öncədən desəm, bunun heç bir mənası qalmaz. Amma bir şeyi deyə bilərəm ki, hədiyyəm çox gözəl və özüməməxsus olacaq. Hər il olduğunu kimi bu gün də görüşəcəyik, hədiyyəni də onda açıqlayacam”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm