"Bizim Kino Günləri"ndə səkkiz film nümayiş olunacaq
Bizi izləyin

Art

"Bizim Kino Günləri"ndə səkkiz film nümayiş olunacaq

Filmlər mart ayının sonuna kinoteatrlarda göstəriləcək.

Bu gün Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və “Azəbaycanfilm”in ənənəvi layihəsi olan "Bizim Kino Günləri" layihəsi ilə bağlı mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov "Bizim Kino Günləri" layihəsinin bu dəfə fərqli formatda olduğunu bildirib: “Ötən illərdə biz filmləri kinoteatrlarda nümayiş etdirməmişdən öncə jurnalistlərə təqdim edib, yaradıcı heyətlə onları görüşdürürdük. Bu il isə bu olmayacaq, filmlər yalnız müəyyən olunmuş vaxt çərçivəsində kinoteatrlarda nümayiş olunacaq. Bu dəfə də layihəmiz yerli tamaşaçıların görüşünə səkkiz maraqlı filmlə gəlib. Filmlər mart ayının sonuna kinoteatrlarda göstəriləcək”.

Layihə çərçivəsində “Yarımçıq xatirələr” 02-08 fevral, “Qatil” 09-15 fevral, “İçəri Şəhər” 16-22 fevral, “Axınla aşağı” 23 fevral-01 mart, “Xeyirlə Şərin rəqsi” 02-08 mart, “Dərs” 09-15 mart, “Qırmızı bağ” 16-22 mart, “Yaddaş” (“Bakıfilm” studiyası) 23-29 mart tarixlərində kinoteatrlarda nümayiş olunacaq. (Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm