Rejissor Rafiq Dadaşov vəfat etdi
Bizi izləyin

Art

Rejissor Rafiq Dadaşov vəfat etdi

O, bu gün Bakıda dəfn olunacaq.

Rejissor Rafiq Dadaşov dünyasını dəyişib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun verdiyi məlumata görə, Rafiq Dadaşov fevralın 5-də vəfat edib. O, bu gün Bakıda dəfn olunacaq.

Qeyd edək ki, Rafiq Dadaşov 20 iyul 1946-cı ildə Bakıda anadan olub. 1963-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işə qəbul olunub. 1964-cü ildə rejissor köməkçisi kimi işə başlayıb.

2002-ci ildə Azərbaycan Televiziya və Radio verilişləri QSC "Aztelefilm" birliyində kinorejissor vəzifəsində çalışıb.

2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm