Heykəltəraş Xanlar Əhmədov: “Bu, əsl vandalizmdir”
Bizi izləyin

Art

Heykəltəraş Xanlar Əhmədov: “Bu, əsl vandalizmdir”

Nə Rəssamlar İttifaqı, nə Mədəniyyət Nazirliyi ilə məsləhətləşmədən, razılaşdırmadan heykəli dağıdıblar.

Virtualaz.org Bakıda görkəmli şair, gənc yaşında Stalin repressiyasının qurbanı olmuş Mikayıl Müşfiqin heykəlinin “Azəravtoyol” ASC tərəfindən dağıdılması faktı ilə bağlı Azərbaycan Rəssamlar İttifaqının heykəltaraşlıq bölməsinin rəhbəri, xalq rəssamı, görkəmli heykəltəraş Xanlar Əhmədovla da əlaqə saxlayıb. X.Əhmədov bildirib ki, bu açıq-aşkar vandalizm aktı onları da hiddətləndirib.

“Nə Rəssamlar İttifaqı, nə Mədəniyyət Nazirliyi ilə məsləhətləşmədən, razılaşdırmadan heykəli dağıdıblar. Vandalizm əməlini biz başqa yerlərdə axtarırıq, amma bu törədilən əməl əsl vandalizmdir və vandalizm axtarmaq üçün başqa yerə getmək lazım deyil. Həmin heykəl bizim nüfuzlu qadın heykəltaraşımız, mərhum Münəvvər Rzayevanın ən layiqli əsərlərindən biri idi, kifayət qədər yaxşı vəziyyətdə qalmışdı və heç bir bərpaya-filana ehtiyacı yox idi”-Xanlar Əhmədov deyib.

Müsahibimiz “Azəravtoyol” ASC-nin heykəlin guya dağıdılmadığı və həmin ərazidə aparılan yenidənqurma işlərindən sonra “qaytarılıb yerinə qoyulacağı” barədə mövqeyini də anlaşılmaz sayır. “Açıq-aşkar görünür ki, heykəltaraşın əsəri korlanıb, indi onu necə qaytarıb yerinə qoyacaqlar?”-o, sual edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm