• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Fərman Kərimzadənin 80 illik yubileyi keçirildi - FOTO

  • Art
  • 11 Mart 2017 03:35
  • 332 Baxış
Fərman Kərimzadənin 80 illik yubileyi keçirildi

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə bu gün Suraxanı rayon Heydər Əliyev Mərkəzində yazıçı, nasir Fərman Kərimzadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə kinorejissor, ssenarist Şeyx Əbdül, əməkdar artist, aktyor Elxan Qasımov, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova, Şadlinski nəslinin nümayəndəsi Eşqin Şadlinski, İdarənin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları Fərman Kərimzadənin həyat və yaradıcılığından söhbət açıb, yazıçının “Qarlı aşırım” romanı əsasında ekranlaşdırılmış “Axırıncı aşırım” və digər “Bizim küçənin oğlanları”, “Dərviş Parisi partladır” kimi filmlərdən bəhs ediblər.

F.Kərimzadənin rejissoru və redaktoru olduğu filmlərdən fraqmentlər nümayiş etdirilib, onunla bağlı xatirələrdən danışılıb.

Fərman Kərimzadə 1937-ci il martın ayının 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. O, “Çaldıran döyüşü”, “Xudafərin körpüsü” tarixi əsərlərinin, “Təbriz namusu”, “Qarlı aşırım”, "Qoca qartalın ölümü" və.s. məşhur əsərlərin müəllifidir. Yazıçı 1989-cu il mart ayının 17-də vəfat edib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>