Art
Yeni müstəqil teatr yaranıb – İLK TAMAŞA (VİDEO)
Azərbaycanda yenicə yaranmış müstəqil “Human” teatrı müasir dünyamızda zorakılığın artması, insanın şəxsiyyətinin təhqir olunması, onun fiziki və mənəvi zorakılığa məruz qalması, insanlar arasında dini, cinsi ayrıseçkiliyin qoyulmasına qarşı yaradılmış ilk teatrdır.
Publika.az xəbər verir ki, yemi yaradılan
“Human” teatrının repertuarında humanizm ideyalarından, gender
problemlərindən, insan hüquqlarından və hüquq bərabərliyindən bəhs
edən tamaşalar yer tutacaq.
“Human” teatrının ilk tamaşası olan "Üçüncü" tragikomediyası
insanın öz xoşbəxtliyini başqalarının bədbəxtliyinin üzərində
qurmağından, öz canını qurtarmaq üçün vicdan əzabı çəkmədən
başqalarının həyatını qurban verməsindən bəhs edir. Əzici qüvvənin
amalı sərtdir: "Kim bizimlə deyilsə, bizə qarşıdır!" Tamanın
ideyası isə budur: "Ziyalı nadanlığın qarşısından qorxub qaçanda
cəmiyyətin faciəsi başlayır."
Tamaşa polşalı dramaturq Slovomir Mrojekin “Karol”
tragikomediyası əsasında hazırlanıb.
“Üçüncü” tamaşasını aktyorlar Elgün Həmidov, Ziya Ağa və
Şamil İbrahimov ifa edəcək. Tamaşa əməkdar artist
Pərviz Məmmədrzayev tərəfindən hazırlanıb.
Premyera 29 mart 19:00-da Xəzər Universitetinin ikinci kampusunda
yerləşən teatr zalında olacaq.
Qeyd edək ki, teatrın bədii rəhbəri Azərbaycan Dövlət Pantomima
Teatrının yaradıcılarından biri, keçmiş “Simsar” teatr–studiyasının
yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Univeristetinin baş müəllimi, teatr və kinoaktyoru, əməkdar artist
Pərviz Məmmədrzayev, direktoru isə Akademik Milli
dram teatrında fəaliyyət göstərmiş teatr və kino aktyoru
Şamil İbrahimovdur.
-
Hadisə19:50
Bakıda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü