Art
Gənc yaşda ölən dahilər: 20 yaş, 23 yaş...
Dahi olmaq üçün qocalmağı və ya ölməyi gözləməyin. Bir
şeylər yaratdıqdan sonra hər yaşda dahi ola
bilərsiniz.
Dahi dedikdə ağlımıza bizə köhnə şəkillərdən baxan, saçı, saqqalı
ağarmış, üz-gözü qırışmış adamlar gəlir. Etiraf edək ki, çoxumuz
belə düşünürük. Müəyyən bir zamana qədər mən də belə düşünmüşəm.
Beş-on il əvvəl hansısa parkda siqaret çəkən bir gənci mənə
göstərib desəydilər, "bu adam dahi yazıçıdır" ya da "bu adam dahi
fizikdir", çox güman ki, gülərdim.
Zaman-zaman öyrəndim ki, dahi olmaq üçün ölmək, ya da qocalmaq
lazım deyilmiş. Gənc və ya uşaq yaşlarında da dahi ola bilərmiş
insan. Yetər ki, dünyanın taleyini dəyişə bilən, bəşərə xidmət edən
inqilabi ixtiraları, önəmli əsərləri olsun. Bu yazını da həmin gənc
dahilərə həsr etməyi qərara aldım.
Evarist Qalua — 25 oktaybr 1811-ci ildə, Paris
yaxınlığında doğulmuşdu. Başı çoxlu bəlalər çəkən bu dahi öz
dövründə əyyaş və səfil kimi tanınmış, onu Politexnik məktəbə belə
qəbul etməmişdilər. İki dəfə həbs olunmuş və uzun müddət səfil
həyatı sürmüşdü. 1832-ci ilin may ayında, cəmi 20 yaşında qarnından
güllələnərək öldürülmüşdü. Güllələnmə səbəbi haqqında müxtəlif
fərziyyələr olsa da, heç biri sübuta yetirilməmişdi.
Əsas olan isə odur ki, Evarist Qalua özündən az qala bir əsr sonra yaranacaq olan televiziyanın inkişafına xidmət etmişdi. Onun nəzəriyyələri öz dövründə anlaşılmamış, hətta dövrün böyük riyaziyyatçıları tərəfindən yetərsiz qəbul edilmişdi. Amma bu gün Evarist Qaluanın nəzəriyyələri sayəsində rəqəmsal televiziya kanalllarını rahatlıqla izləyirik.
Nils Abel də 26 il ömür sürən, gənc yaşda vəfat edən dahilərdəndir. Elliptik funksiyalardan, beşinci dərəcəli tənliklərə qədər bir çox sahələrdə kəşfləri olan bu gənc dahi tarixdə başqa bir fərqliliyi ilə də yer tutur. Ölümünə qədər yazılarını müxtəlif ünvanlara göndərən, iş axtaran bu dahiyə heç kəs qapı açmır.
Nils Abel 1829-cu ilin 6 aprelində yoxsulluq içində vərəm xəstəliyindən həyatını itirir. Həmin ilin 8 aprelində — ölümündən cəmi iki gün sonra Berlin Universitetindən gələn məktubda ona iş təklif olunur.
Beləcə, Nils Abel ölümündən sonra qədri ən tez bilinən dahi kimi tarixdə yerini tutur.
Haqqında tez-tez yazsam da, bu yazıda yazmağı da özümə borc
bildiyim daha bir gənc dahi Karl Büxnerdir.
1813-cü ilin 17 oktyabrında doğulub, 1837-ci ilin 19 fevralında —
cəmi 23 yaşında vəfat edən Karl Büxner alman teatrının təməllərini
atmış dramaturq, klassik romantizmin tam əksinə, ictimai, tarixi,
psixoloji dramları ilə ədəbiyyat və teatr tarixində inqilab etmiş
ədibdir. Büxner əməyi istismar olunan kəndlilərə haqlarını müdafiə
etmələri üçün şüarlar yazdığına görə təqib olunmuş və qısa müddət
sonra tifo xəstəliyindən vəfat etmişdi.
Eyni xəstəlik səbəbi ilə vəfat edən başqa bir dahi də Henri
Evenepoeldir. Cəmi 27 yaşında vəfat etmiş bu rəssam tam
boy portretləri ilə tanınmış və 19-cu əsrin bədii ənənələrinə qarşı
çıxan fovizm cərəyanının nümayəndəsi olmuşdu.
Əlbəttə, Azərbaycanın da gənc yaşda vəfat edən dahiləri az deyil.
Amma bunların ən gənci Asəf Zeynallıdır.
Azərbaycan musiqisi tarixində ilk romansların müəllifi və "Uşaq
süitası" əsəri ilə uşaq musiqisinin əsasını qoymuş bəstəkarın
"Ölkəm", "Sual", "Çadra", "Seyran" kimi romansları məşhurdur. İnsan
zəkasının ən üst mərtəbəsidir ki, Tofiq Quliyev, Qara Qarayev kimi
nəhənglər də bu 23 yaşlı dahi bəstəkarın tələbələri olmuşdu.
1909-cu ilin 5 aprelində doğulan Asəf Zeynallı özü isə Üzeyir Hacıbəyovun tələbəsi olmuş, ilk Türk Musiqi Məktəbində təhsil almış, daha sonralar "İbtidai Not Savadı" kitabının müəlliflərindən biri olmuşdu. 1932-ci ildə xalq mahnılarını nota almaq üçün Bülbül ilə birlikdə Qarabağa yola düşmüş, səfər zamanı qarın yatalağı xəstəliyinə yoluxmuşdu.
Tariximizin müəmmalarından biri də odur ki, həmin dövrdə bu
xəstəliyin müalicəsi olduğu halda Asəf Zeynallı qısa müddət sonra
vəfat edir. Xəstəxanada yatdığı müddətdə divara bir şeylər yazmış
və ölüm ayağında ikən qardaşına "Bu, mənim simfoniyamdır. Qoymayın
divarda qalsın" demişdi. Güman edilir ki, xəstəxana divarına
yazılan o simfoniya Asəf Zeynallının yazmağı planlaşdırdığı "Bakı"
simfoniyası olmuşdu. Lakin simfoniya elə divarda qalmış və qısa
müddət sonra silinmişdi. Dahi olmaq üçün qocalmağı və ya ölməyi
gözləməyin. Bir şeylər yaratdıqdan sonra hər yaşda dahi ola
bilərsiniz. Bu dahilər kimi…! (sputnik.az)
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA