Art
Sovetin bərpası üçün atılan SİRLİ ADDIMLAR
Manyak (İvan Şibanov) təqib olunur polislərdən birini yaralayır polis kapitanı Mixail Mixailoviç Solovyovu (Pavel Derevyanko) oğurladığı maşınla vurur və özü də yük maşınına çırpılır. Hadisələr 2011-ci ildə baş verir. Solovyov huşunu itirir və xəstəxanada özünə gəlir mobil telefonunu axtarır. Həkimlər onun nə axtardığını anlamırlar. Həkim gizlicə samizdat “Doktor Jivaqonu” çap maşınında çap edir, televizorda L.İ.Brejnyev çıxış edir, maşın nömrələri qaradır, gözəl görkəmli tibb bacısı (Svetlana Smirnova-Marsinkyviç) ona əynində olmalı olan cins və gödəkçə əvəzinə vbkbs baş leytenant köynəyini verir. Formada vəsiqə də var. Vəsiqə onun üzünü otuz il görmədiyi atası Mixail İvanoviç Solovyovundur. Burada “Ərimə” də olduğu kimi yenidən diqqəti Pasternak və onun əsəri çəkir. Pasternak yenə kabus kimi gəlir rejimin ifşası üçün Hamletin atası kimi danışır, bu dəfə onun romanının üzünü köçürən həkimin dili ilə.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Solovyov 1979-cu ilə düşüb və Xilaskar Xaç kilsəsinin yerində “Moskva” hovuzudur. Nə baş verdiyini anlamağa çalışır. Amma hadisələr tez cərəyan edir və komandiri, mayor Kotov (Oleq Almazov) onu uğursuz işçi kimi vəzifəsindən uzaqlaşdırmaq istəyir. Solovyov müasir biliklərindən istifadə edib bir neçə cinayətin üstünü açmaqla qəhrəmana çevrilir. Lakin o, həqiqəti tapıb geri qayıtmaq istəyir. Ən təsirli səhnə onun öz anası ilə görüşü olur. Anası onu öz əri sayır Solovyov həqiqəti aça bilmir və sadəcə ailədən getməli olur. “Lifeon Mars” Britaniya serialının adaptasiyası olan “Ayın o biri üzü” serialı olduqca kaloritli, dinamik komedik-dedektiv janrında yerinə yetirilib. Zamana səyahət fantastika janrı üçün olduqca uğurlu tapıntıdır. Xüsusən Solovyovun zaman dəyişimi bir quruluşdan digərinədir. Serial boyu o dönəmin daha yaxşı və rahat olduğu xüsusi vurğu ilə qabardılır. Serial haqqında yazanlar birmənalı şəkildə onun BBC versiyası ilə müqayisə edirlər, amma bu, doğru deyil. Çünki Britaniyada 30 il ərzində çox az şey dəyişib. Burada isə SSRİ-çöküb və yerində başqa dövlət qurulub.
Solovyovun bu dönəmdə baş çıxarması əsl tragikomediyadır.
Kottun bu filmi nostalji ilə zəngindir, amma bu şüar nostaljisi deyil. Ağaclar yaşıl, hər yer karamel rəngində deyil, burada bataqlıq da, haqsızlıq da var. Bəzək kimi qurulmuş dekorun arxasında acı sovet həyatının detalları üzə çıxır. “Ayın o biri üzü” serialının aktyorları da bütün gücləri ilə məhz o görünməyəni göstərməyə çalışıblar. Xüsusən Pasternakı gizli çap edən professorun təqdimatı ilə.
Serial müəllifləri SSRİ-nin ən durğun və rahat dövrünü - 1979-cu ili seçiblər. İnsanlar gülərüz, kollektivçi, bir-birinə əl tutmağa çalışandırlar. Amma Solovyov bu dünyanın adamı deyil, o zorakı münasibətdən adi insani münasibətlərə qayıtmalı olur. Aktyor öz məharətli ifası ilə bu işin öhdəsindən gələ bilir, çox planlı tqədimatla qəhrəmanın yaşantılarını ustalıqla təqdim edir. Uğurlu operator işi, maraqlı montaj fəndləri, xüsusi effektlər, səsləndirmə, postprodakşen, enerjili gitaralı saundtrek filmi daha baxımlı edir, bədii məziyyətlərini gücləndirir.
Olduqca plastik olan aktyor Derevyankonun oyunu olduqca cəlbedicidir, amma bu filmdə fərqli tərz görürük. Müəlliflər aktyora terminator hərəkətləri göstərməyə məcbur edirlər. Vaxtaşırı o bu maskanı əyninə taxır qəddarlaşır və cinayətkarlara qarşı amansız olur. Əlüstü ölüm hadisəsinin üstünü açır, casusları tutur, model görkəmli qızların ürəyini fəth edir. Bütün bu macəralardan Solovyov sağ çıxır.
Amma bütün bunlar onun üçün ikinci dərəcəlidir. Hədəf manyakdır. Gecə və gündüz kürən manyakın siması onun gözü önündədir. Manyak onu maşınla vurub, onu hər yerdə izləyir, ona “hədiyyələr” göndərir və silsilə cinayətlər törədir. Bu diqqət qarşılıqlıdır, qəhrəman antoqonistini izləyir. O, nə oğluna (öz uşaqlığına), anasına, onu sevən qadınlara nə də Vısotskinin özünə belə bu qədər diqqət ayırmır. Bu izləmə onun iş həyatına da sirayət edir. Aktyor bu psixoloji keçidləri olduqca ustalıqla çatdırır.
Keçmişdə nəyisə dəyişsə gələcək başqa cür olacaq, ona görə o, manyakı tapıb onunla birlikdə ölməlidir ki, geriyə qayıda bilsin. Lakin qəlbinin dərinliyində qayıtmaq da istəmir, qayğısız 70-ci illər onun üçün çox rahatdır. O, 1980-ci illərin dağıntılarını, vəhşi 90-cı, mənasız 2000-ci illəri görmək istəmir. O, nağılda qalmaq istəyir. Ancaq qala bilməz, qayıtmalıdır öz 2011-ci ilinə və qayıdır, amma ölümü ilə.
Bu televiziya filmində də Sovet dönəminin rahatlığının, bərabərliyinin, yalnız rejim-insan savaşının mənzərəsini görürük. Bir başla kəllə-kəlləyə gələ biləsən, indiki kimi çox kəllələr taleləri həll etmirdi. Əslində Kremlin siyasi planlarının bədii həllidir bu serial-ittifaqa birgə yaşayışa qayıdış.
“Ayın o biri üzü-2”
Solovyovla Kürən finalda üz-üzə gəlirlər və bu, baş verir onlar 2011-ci ilə düşürlər. Amma bu, onların bildikləri “2011” deyil. Öz müdaxilələri ilə onlar tarixi dəyişiblər. SSRİ dağılmayıb, əksinə dünyanın güclü dövləti olub, Marsı fəth edib, xərçəngə qalib gəlib, sosial ədalətsizliyi aradan qaldırıb. Burada ekranlara ideal dünya çıxır. Şüuraltı əgər SSRİ-ni dağıtmasydıq, indi bu karamel rəngli, dinc ölkədə yaşayardıq sosial mesajı ötürülməyə başılayır. Manipulyasiya tam gücü ilə işə düşür.
Televiziyanın getdikcə artan yeri və əhəmiyyəti onu həyatın bir hissəsinə çevirməklə, insan şürunu, onun hərəkətlərini, ictimai münasibətlər sistemini biçimləndirərək, mövcud olan prinsiplərdən uzaqlaşdırmaq, təyin etdiyi istiqamətə yönləndirmək gücünü qazanmış manipulyasiya vasitəsinə çevirdi. XX əsrdə artan informasiya axını və onun törətdiyi “gerçəklik şoku” insanın mövcud görüşlərində, tələbatlarında dəyişikliyin yaranmasına rəvac verdi. Artıq “gerçək şokundan” qaçan tamaşaçı onu törədən mənbədən qaçmaq əvəzinə, ondan daha çox əyləncə və gözəl yalan gözləməyə başladı. Bu isə manipulyasiyanın imkanlarını daha da artıraraq onu tamlıqla insan həyatına təsir etməyə imkan verən kütləvi silaha çevirə bildi. Televiziya və kütləvi kommunikasiya tədqiqatçılığında bu amil diqqətdən kənarda qala bilməzdi və ictimai-sosial əhəmiyyətini nəzərə alaraq ətraflı öyrənilməsi qarşıda vəzifə kimi durmağa başladı.
Kütləvi şüurda təxəyyül bilavasitə imitasiya-özünü başqasının yerində görməklə bağlı olduğundan televiziya malik olduğu vizual imkanlarından, mərhəmi ünsiyyətə girmək qabiliyyətindən bəhrələnib, imitasiyanı asanlaşdırır. Televizorun qarşısında əyləşən insanın təxəyyülündə imitasiya yolu ilə yaranan rəy və ya nəticə onun sonrakı hərəkət tərzini müəyyən etdiyindən bu vasitə ilə təsir özünün gerçək nəticəsini verməsi fikrini cəsarətlə söyləmək olar. Yaddaş və diqqət manipulyasiya prosesində ən vacib element olduğundan yaddaşda həkk olunan informasiyanın təsir gücü və ekranda baş verənlərə diqqəti cəlb etmək əsas məqsədə nail olmağın yoludur. Televiziya bu imkanlardan bütün mümkün yollarla istifadə edərək həm özünün birbaşa kommersiya-yayım maraqlarını ödəmiş, həmçinin manipulyasiya işində vasitə kimi çıxış etmiş olur. Audiovizual informasiyanın yaddaşda qalma ehtimalı böyük olduğu qədər, onu təkrar-təkrar göstərmək yolu ilə hər zaman xatırlatmaq imkanı və görüntü, səs fəndləri ilə diqqəti cəlb etmək qabiliyyəti onun birbaşa xidmətetmə məramını dəyişdirərək rəy yaradıcı, təsiredici və manipulyasiya vasitəsi kimi istifadə olunması işinin daha da təkmilləşməsinə gətirib çıxardı. Nəticədə manipulyasiyanın miqyasa gəlməz imkanları yarandı və sərhədləri asanlıqla aşmaq gücünü əldə etdi. Şüur manipulyasiyasının texnoloqları diqqəti cəlb etmək, dəyişdirmək, dağıtmaq, onun davamlı və dözümlü olmasına təsir etmək qüdrətində qıcıqlandırıcılara sahibdirlər və imkanlar audiovizual tərzdə təqdim olunduqda daha qüvvətli, təsirli olur. Diqqətin dözümlü və davamlı olması hər bir insanın sosial-ictimai mənşəyi ilə bilavasitə bağlı olduğundan yanaşım tərzinin də bu seqmentlərə hesablanmış şəkildə həyata keçirilməsi mühüm şərtdir. Televiziya bilavasitə informasiya bolluğu, çeşidli yayım vahidləri vasitəsi ilə hər cür qrupu, seqmenti asanlıqla öz əhatəsinə almaq imkanına malik olur.
Televiziya proqramlaşdırılmasında yaş, cins və məşğulluq maraqlarının dəqiq təyini yolu ilə ünvanlı auditoriyanın diqqətini cəlb edərək yayımı sistemləşdirməklə özünün başlıca kommersiya marağına qulluq etdiyindən bu manipulyasiya işinə münbit zəmin və seqmentə uyğun hesablanmış fəaliyyətə imkan yaratmış olur. İnsan yaddaşının imkanları və qavrama, saxlama qabiliyyətindən irəli gələrək ortaya çıxan nəticə-neqativ və ya pozitiv rəy yaratmasına baxmayaraq, tez-tez təkrarlanan ifadə və ya informasiya bilavasitə şüura təsir edərək orada özünə məskən tapır. Məhz bu imkandan şou-biznes və televiziya, reklam işində bəhrələnərək istifadə edirlər. Müəyyən bir informasiya və ya mahnının həddindən artıq dövrələnməsi, reklam və anonsların qısa zaman müddətində tez-tez göstərilməsi bilavasitə yuxarıda göstərilən xüsusiyyətlə bağlıdır. Lakin burada emossional təsir amili diqqətdən kənarda qalmamalı, təəssüratın yaddaşa buraxdığı iz unudulmamalıdır. Hisslərə toxunan informasiyanın yaddaşda özünə yer almaq imkanı böyükdür və televiziyanın audio, görüntü silahları emosional təsiri daha da qüvvətləndirə bilirlər. Təkrar-təkrar göstərilən görüntü televizor qarşısında oturan şəxsin “ailə üzvünə” çevrilərək doğmalaşır, yaxud da inandığı obyekt olur. Tanıdığı insanın ona ötürdüyü informasiyanın yaddaşda qalma imkanı böyük olduğu kimi, televizor vasitəsi ilə artıq tanış olan mövzu və ya görüntünün təkrarlanmanın yaddaşda iz buraxmaq gücü danılmazdır.
Sadə tərzdə ifadə əsas fikiri qısa, təsiredici şəkildə olmasına imkan verir və təsdiqə şərait yaradır. Təsdiq müzakirəni inkar edir, çünki istənilən müzakirə fikrin hökmünü azalda bilər - manipuliativ prosesdə bu sarsıntı yolverilməz olduğundan təsdiqin inkarı mümkün olmayan şəkildə efirdən səslənməsi vacibdir. Kütləvi informasiya vasitələri və bu xüsusda televiziya stereotiplərlə düşüncə mexanizmini yaratmaqla insanların özü düşünməsini meydandan çıxarmış, informasiyanın intellektual səviyyəsini son həddə qədər endirərək kütləşməyə rəvac verib. Lazımi stereotiplərin təlqini üçün ən vacib şərt kimi təkrar amili çıxış edir. Təsdiqin dönə-dönə təkrarı onu təlqinə döndərir və informasiyanı ideyaya çevirir. Təsdiqi təkrar-təkrar eşitdikcə onu daha çox təlqin etmək, kütləni məhz bu cür düşünməyə məcbur etmək televiziyanın artıq çoxdan bəri ustalıqla işlətdiyi vasitə kimi qeyd olunmalıdır. Əks fikri inkar edən təlqin səslənən yeni informasiyaya qarşı şərti refleks yaradaraq onun fərqinə varmadan gerçək kimi qavramağa məcbur edir.
Amma bu ideal cəmiyyətin Solovuova aidiyyəti yoxdur, o, yenə cinayətkar axtarır və əsas rəqibi olan burada da qətllər törədən Kürəni tapmaq onunla birgə ölüb bu uydurulma şüur oyunundan çıxmaq istəyir. Bu dünyada o artıq evlidir və balaca qızı da var.
Müəlliflər tamaşaçını sovet gələcəyinə yollayırlar və bu missiya elə də asan görünməməlidir. Öncəki bölümdə yaxın reallığa baş vururdularsa burada hər şeyi uydurmaq lazım idi. Lap “Sehrli xalat” filmində olduğu kimi. Bu uydurma mahiyyətcə fars, kiç olmalıdır. Hətta yuxumuza belə SSRİ modeli girə bilməzdi. Ölkə dünyada şəriksiz liderddir, Finlyandiya, Monqolustan və Alyaska daxil olmaqla 23 respublika ittifaqa birləşib, xalq firavan yaşayır, xəstəliklər yoxdur, insan özünü əməkdə, incəənətdə tapır, hər şey kommunizmə yaxındır və təbii ki, bunun başında dahi rəhbər durur. Bütün bunlar indiki Kremlin Avrasiya ittifaqı və digər birləşdirici layihələrinə bənzəmədi? Siyasi tribunada deyilənlərin bədii həllidir bu serial.
Film boyu açıq mətnlə SSRİ qalsaydı, “yaxşı olacaqdı” mesajı ötürülür. Bir məqam diqqəti daha çox çəkdi. Bir cinayətin izi ilə Solovyov erməni oğlanla azərbaycanlı qızın toyuna düşür və onlar hər ikisi Xankəndidəndirlər Solbyov təccüblə soruşur: “bəs ermənilər azərbaycanlılarla müharibə etmirlər Qarabağa görə?” Komandiri cavab verir ki, dəli olmusan biz qardaş ailədə yaşayayırıq nə müharibə? Açıq mesajı tutdunuz? Kreml bütün açarların onun əlində oduğunu həttta bədii serialla da ifadə edir.
Ssenari müəlliflərinin fantaziyalarına söz ola bilməz. Alternativ tarix janrının həvədkarları belə ağıllarına gətirmədikləri filmdə var. Mobil əvəzinə diskli cib telefonu, çips, şokolad və siqaretlərə total qadağa və hər yer karamel rənginə boyanmış məkanlar, xoşbəxt insanlar. İnsan məsələsində müəlliflər bir qədər şişirtmə ediblər, seyrçiyə elə gəlir ki, şəhərdə ruhi xəstələr dolaşır. Bəlkə də total xoşbəxtlik rejimində şizofrenik xoşbəxt olmaq fikrini təlqin etmək istəyiblər.
“Ayın o biri üzü-2” filmində aktyor seçimi maraqlıdır. Baş rolda olanlar işin öhdəsindən gəlsələr də epizodik rollarda olanların ifaları primitivliyi, emosiyasıazlığı, əlüstü çəkilişi ilə seçilirdi. 2000-ci illərin bəsit kriminal seriallarında olan ifanı bura gətirməklə əsas yükü daşıya bilmirdilər. Pavel Derevyanko öz parlaq ifası ilə filmi xilas etdi desək, yanılmarıq.
Bütün ekzotika və sosial yükü ilə bərabər “Ayın o biri üzü-2” serialı cansız, ruhsuz alındı. Hadisələrin sönüklüyü, təkrar konflikt onu yorucu etdi. Amma müəlliflər bir sualı verə bildilər SSRİ modernləşsəydi bu quruluşda yaşayardınız? Olduqca təhlükəli sual kimi ekrandan səslənir.
Elçin ƏLİBƏYLİ
-
Nida Xəbər 17:37
AMEA-nın nəzdindəki muzey nazirliyə verildi
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı