Sovet poeziyasının rok ulduzu - Yevgeni Yevtuşenko - - FOTOLAR - VİDEO
Bizi izləyin

Art

Sovet poeziyasının rok ulduzu - Yevgeni Yevtuşenko - - FOTOLAR - VİDEO

"Gümüş əsrin" şairi çox ağır həyat sınaqlarından keçib.

"Gümüş əsrin" şairlərindən olan Yevtuşenko dövrünün ən görkəmli nümayəndələri ilə bərabər, çox ağır həyat sınaqlarından keçib.

Bütün yaşananlara baxmayaraq, Yevtuşenko o qədər həyat dolu, mehriban bir insan idi ki, onun itkisini qəbul etmək çox çətindir. Qeyd-şərtsiz uğurlar əldə edən Yevtuşenko 60-cı illərdə nəinki SSRİ-nin, eləcə də dünyanın ən tanınmış yazarlarından biri olub. Onun həyat xatirələri baron Münxqauzenin həyat hekayələrinə çox bənzəsə də, bir əsas fərq vardı - Yevtuşenkonun xatirələrində hər şey tamamilə gerçək idi.

İspaniyalı rəssam, heykəltəraş, XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biri olan Pikasso Yevtuşenkonu evində qonaq edir. Rəssam ən son işlədiyi 4 əsərindən birini ona hədiyyə edəcəyini deyir. Seçimi Yevtuşenkoya həvalə edən Pikasso onun yaradıcılığının vurğunu idi. Yevtuşenko daha çox "mavi dövrün" əsərlərinə üstünlük verdiyini deyir.

Amerika Birləşmiş Ştatlarının 37-ci prezidenti Niksonun SSRİ səfərində çıxışlarının mətnlərini Yevtuşenko ilə müzakirə edib. Nikson sovet televiziyasında çıxış etməli olur. Yevtuşenko israr edir ki, cəbhədə həlak olmuş 20 milyon insan haqqında da danışsın. Və onlarla bağlı o qədər detallı məqamları prezidentin diqqətinə çatdırır ki, Nikson etiraz edə bilmir. Bunu görən Jaklin Kennedi söhbətə müdaxilə edir. Bildirir ki, əri Con Kennedi Dallasda gözlərinin önündə güllələnəndə özünü Dostoyevskinin Anna Kareninasına bənzədib. Robert Kennedi isə məhz qardaşının qatilini tapmaq üçün prezident olmaq istədiyini deyib.

Ziyalı, mərifətli, açıq sözlü, çox emosional bir insan olan Yevtuşenko 84 illik həyatında heç vaxt ulduz xəstəliyinə tutulmadı. Şöhrət onu çox erkən - 19 yaşında ikən tapır. Hələ Stalinin hakimiyyəti illərində, 1952-ci ildə Yevtuşenko özünün uğursuz hesab etdiyi şeirlər toplusuna görə Yazıçılar Birliyinə qəbul olunur.

O vaxtlar sadəlövh bir gənc olan Yevtuşenko Stalinin ölüm xəbərindən çox təsirlənir. Stalinin həkimlərin səhlənkarlığı ucbatından öldüyünü düşünən şair onları "ağ xalatlı qatillər" adlandırıb. Hətta bu mövzuda yazdığı şeirin dəhşətli misraları rusiyalı jurnalist və televiziya aparıcısı olan Leonid Parfenovun diqqətini çəkmişdi. "XX qurultayın övladları " televiziya filmi məhz bu şeirin əsasında lentə alınıb. Yevtuşenko bu şeirini yaradıcılığının şah əsəri zənn etsə də, xoşbəxtlikdən o vaxt bu əsərini yayımlamayıb. Çox sonralar Yevtuşenko başa düşdü ki, qəzetlərdə "həqiqət" adı altında yayımlanan informasiyalar heç də həqiqəti əks etdirmir.

50-ci illərdə şairin "Entuziastlar şosesi" şeirlər toplusu və "Qış stansiyası" poeması işıq üzü görüb. 60-ci illərin əvvəllərində artıq "Babiy yar" ilə ölkə xaricinə çıxan şair hökümətdən qorxmurdu. Haqsızlıqlara azad şəkildə etirazını bildirən Yevtuşenko hər kəs tərəfindən rəğbətlə qarşılanırdı.

Ölkədə daxili vəziyyət stabilləşdikdən sonra hökumət şairdən hadisələri dəyərləndirməsini tələb edirdi. Baş verən hadisələrə şeirlərilə şərh verən Yevtuşenkonun ömrünün son 20 ilini yaradıcılığının çiçəklənmə dövrü kimi qiymətləndirmək olar.

Bir çoxları şairin geyimini, ağlagəlməz dərəcədə rəngarəng köynəklərini və pencəklərini gülüş obyektinə çevirmişdi. Şair bu kimi hallara reaksiya verməzdi: "Mənim uşaqlıq illərimdə demək olar ki, boz rəngli köynəklər, sırıqlı pencəklər dəbdə olub. Bu alışqanlıq oradan qalıb". Bir qrup insan isə onun əsərlərinin demək olar ki, yarısını əzbər bilirdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ünsiyyətcil və mehriban şair insanların qəlbində elə bir taxt qurmuşdu ki, ölümündən sonra sosial şəbəkələrdə təəssüf hissi ilə şairin ən gözəl şeirləri paylaşılır. 90-cı illərdə yayımlanan "Birbaşa xətt" verilişinin qonağı olan Yevtuşenko əməkdaşların yaddaşında silinməz xatirələrilə qalıb. Redaksiyada şampan içən şair veriliş bitdikdən sonra jurnalisti metroya qədər öz maşını ilə yola salmışdı. Yolda həyatı haqqında yüzlərlə hekayə danışan şairin yoxluğu Rusiya mediası üçün xüsusilə ağırdır.

60-cı illərin sonuncu nümayəndəsi... Onun ölümü ilə məşhur "altılıq" tamamlandı.

1. Robert Rojdestvenski - 1994-ci il avqust ayının 19-də 62 yaşında infarktdan (baş beyin xərçəngi diqanozu qoyulmuşdu) ölüb.

2. Bulat Akujdava - 1997-ci il iyun ayının 12-də Fransada 73 yaşında vəfat edib.

3.Vasili Aksenov - 2009-ci il iyul ayının 6-da 76 yaşında vəfat edib.

4.Andrey Voznesenskiy - Parkinson xəstəliyindən əziyyət çəkən şair 2010-cu il iyun ayının 1-də 77 yaşında vəfat edib.

5.Bella Axmadulina - 2010-ci il noyab ayının 29-da 73 yaşında vəfat edib.

6. Yevgeni Yevtuşenko - 2017-ci il aprel ayının 1-də Таlsа (Oklahoma, ABŞ) şəhərində ürək dayanmasından ölüb. Bundan əvvəl xərçəng xəstəliyindən uzun müddət əziyyət çəkən şair 84 yaşında dünyasını dəyişdi.

Yevgeni Yevtuşenko 50-60-cı illər rus poeziyasının ən son nümayəndəsi olub.

5 məşhur poeması:

"Qış stansiyaı" (1953-56)

"Babiy yar" (1961)

"Qardaş SES" (1965)

"Dərinin altındakı Azadlıq heykəli" (1968)

"Göyərçinlər Santyaqoda" (1974-78)

Əsasında mahnı bəstələnən 4 məşhur şeiri:

1."Mənimlə bax nə baş verir" (bəstəkar Мikayıl Tanrıverdiyev, 1975, 1957, "Taleyin ironiyası" filmində səslənmişdir)

2."Qaçan Çay" (bəstəkar Eduard Kolmonsovskiy 1960)

3."Qar yağır, qar yağır, ətrafda isə hamı nəyisə gözləyir" (bəstəkar Andrey Eşpay, 1961)

4."Ruslar müharibə istəyirmi?" (bəstəkar Eduard Kolmonsovskiy, 1961)

Yevgeni Yevtuşenko "Amerikaya niyə getdiniz" sualını heç sevmirdi. Müsahibələrinin heç birində bu suala cavab verməyib.

Yevgeni Yevtuşenkonun son müsahibəsinin görüntülərini təqdim edirik:

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm