Afrika sevgisi yazıçını ölümlə üz-üzə qoydu
Bizi izləyin

Art

Afrika sevgisi yazıçını ölümlə üz-üzə qoydu

Hollivudun məşhur “Mən Afrikanı arzulayırdım” filminin yazarı Kuki Qolman öz əsərinin qəhrəmanına çevrilib (Baş rolları Kim Beysenqer və Vensan Peres oynayıb).

Yəni əsərində Afrikanı sevdiyi üçün bu ölkədə yaşamağı seçən, amma həm ərini, həm də oğlunu bu ölkədə itirən qadın kimi yazıçı da Afrikanın bəlasına gəlib.

Publika.az xəbər verir ki, Afrika sevdasi ilə həm əsər yazıb, həm də orda yaşayan yazıçı xanım Keniyada ağır yaralanıb.

Hadisə baş verməzdən öncə 73 yaşlı yazıçı jurnalistlərə xəbər yollayıb ki, rançosu naməlum kişilər tərəfindən mühasirəyə alınıb. Silahlı kişilərin niyyəti onu öldürmək olub. Hazırda yazıçı reanimasiya müalicə alır.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm