Berlində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açıldı
Bizi izləyin

Art

Berlində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açıldı

Sərgi bu ilin iyun ayınadək davam edəcək.

Berlin şəhərində yerləşən “Baki-Berlin” qalereyasında mayın 7-də azərbaycanlı rəssamlar İbrahim Əhrari və Salhab Məmmədovun əsərlərindən ibarət sərginin açılışı olub.

Azərbaycanın Almaniyadakı səfirliyindən "Report"a verilən məlumata görə, sərginin açılış mərasimində qalereyanın yaranma tarixindən, uğurlarından, burada indiyədək çox sayda məşhur rəssamların əsərlərinin nümayiş etdirilməsindən, habelə “Bakı-Berlin” qalereyasının Azərbaycan-Almaniya mədəni əməkdaşlığına verdiyi töhfələrdən bəhs olunub.

Sərgidə nümayiş etdirilən rəsm əsərlərinin mahiyyəti və onların kökündə şərq və qərb rəssamlığına məxsus elementlərin sintezinin dayanması barəsində qonaqlara məlumat verilib.

Açılış mərasimində Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, alman incəsənət aləminin nümayəndələri, Berlin şəhərinin sakinləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Sərgi bu ilin iyun ayınadək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm