“Yadplanetli”ləri “Da Vinçi kodu”na BİRLƏŞDİRƏN SƏBƏB - FOTO/VİDEO
Bizi izləyin

Art

“Yadplanetli”ləri “Da Vinçi kodu”na BİRLƏŞDİRƏN SƏBƏB - FOTO/VİDEO

Yaxşı vaxt keçirməyin ən sadə yolu film seyr etməkdir. Sevdiyin, baxmaqdan doymadığın filmlərlə yanaşı yeni ekran işlərindən xəbərdar olmaq pis olmazdı. Amma elə filmlər də var ki, onlara baxmaq istəsən də əlçatan olmur. Çünki senzura ona qadağa qoyub, halbuki başqa ölkələrdə çox məşhurdur. Əlbəttə ki, qadağa səbəbləri müxtəlifdir.

Publika.az senzuranın süzgəcində ilişib qalmış filmləri diqqətinizə çatdırır:

“Gələcəyə doğru geriyə” (“Back to the Future”) – bu film 2011-ci ildən bəri zamanla səyahətə aid mövzuların qadağan olunduğu ölkələrdə yasaqlanıb.

“Da Vinçi kodu” (“The Da Vinci Code”) – 2006-cı ildə çəkilmiş bu film Filippin, Pakistan, Tailand, Sinqapur, Samoa, Hindistan, Çin, Şri-Lanka və Livanda qadağan olunub. Səbəb inanclı insanların hisslərinin təhqiridir.

“Yadplanetli” (“The Extra-Terrestrial”) – film 1982-ci ildə çəkilib. Finlandiya, Norveç və İsveç kimi inkişaf etmiş Avropa ölkələrində qadağan olunub. Səbəbi isə bu filmdə böyüklərin uşaqlara düşmən kimi göstərilməsidir.

“Avatar” – 2009-cu ildə çəkilmiş və çox populyarlaşmış bu film Çində qadağan edilib. Səbəbi isə öz yerli 2D formatında çəkilmiş filmlərə dəstək olmaqdır.

“Şindlerin siyahısı” (“Schindler’s List”) – film 1993-cü ildə çəkilib. Faşist zülmü ilə bağlı dəhşətləri göz önünə gətirir. Amma bütün almanların faşist olmadığı da Şindlerin timsalında verilir. Belə bir film çılpaq qadın səhnələrinə görə İndoneziya və Misirdə qadağan olunub.

“Mavi yasəmən” (“Blue jasmine”) – 2013-cü ilin filmi Hindistanda yasaqlanıb. Siqaretlə bağlı səhnələr hindlilərin xoşuna gəlməyib.

“Uoll-Stritin canavarı” (“The Wolf of Wall Street”) – Bu film də təzə sayılır: 2013. Keniya və Uqanda filmdə açıq söyüşlərin olmasını və narkotikdən azad istifadəni “həzm” edə bilməyib.

“Ac oyunlar” (“The Hunger Games”) – 2012-ci filmi uşaqlarla qəddar rəftar olunduğuna görə Vyetnamda qadağan olunub.

“Karib dənizinin quldurları: Ölünün sandığı” (“Pirates of the Caribbean: Dead Man’s Chest”) – 2006, Çində qadağan olunub. Kannibalizm və fövqəlşüur təsvirləri bu ölkədə qəbul edilməyib.

“2012-ci il” – dünyanın sonu ilə bağlı olan bu film Şimali Koreyada yasaqlanıb. Çünki 2012-ci ildə Kim İr Senin 100 illik Yubileyi idi.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm