Art
Ziyalı ailəsində doğulub, 4 dəfə həbs edilən şair - FOTOLAR
Mayın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının “Alimlər Evi” və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli sovet tarixçi-etnoloqu, arxeoloqu, şərqşünası, yazıçısı, şair və tərcüməçisi Lev Nikolayeviç Qumilyovun anadan olmasının 105 illik yubileyinə həsr olunmuş Elmi konfrans keçirilib.
AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin
Populyarlaşdırılması idarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən
Publika.az-a verilən məlumata görə, AMEA-nın
vitse-prezidenti, akademik İsa Həbibbəyli Lev Qumilyovun elmi
yaradıcılığından söz açıb. 20 monoqrafiya və 300-dən çox elmi
məqalənin müəllifi olan Lev Qumilyovun yaradıcılığının ölkə
alimləri üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Tarixçi
alimin türk xalqlarının və Avrasiyada yaşayan etnosların tarixi ilə
yanaşı, Azərbaycan tarixi ilə də bağlı dərin araşdırmalar
apardığını deyib.
Tədbirdə Lev Qumilyov Mərkəzinin direktoru Pavel Zarifullin alimin
həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, L.Qumilyovun 105
illiyinə həsr olunan silsilə tədbirlərdən birincisi məhz bu gün
AMEA-da keçirilir. O, iki görkəmli rus şairi – Nikolay Qumilyov və
Anna Axmatovanın yeganə övladı olan tanınmış alim, 1990-cı ildə
Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilən
L.Qumilyov, onun passionarlıq nəzəriyyəsi haqqında ətraflı məlumat
verib.
Moskva Dövlət Universitetinin professoru Zeydulla Yuzbekov da öz
çıxışında L.Qumilyovun passionarlıq nəzəriyyəsi haqqında söz açıb.
Bildirib ki, Lev Qumilyovun “Etnogenez və yerin biosferi”, “Qədim
türklər”, “Xəzər ətrafında minillik” və digər əsərləri bütün
dünyada məşhurdur.
Sonra AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün
Nağısoylu L.Qumilyovun elmi əsərləri haqqında danışaraq bildirib
ki, ziyalı ailəsində dünyaya göz açan alim dörd dəfə həbs
olunmasına, məşəqqətli həyat yolu keçməsinə baxmayaraq tarixdə
dərin iz buraxıb, türk mədəniyyətini tanıtmağa nail olub.
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi