Romada Azərbaycan abidələrinə həsr olunan sərgi keçirilib - FOTOLAR
Bizi izləyin

Art

Romada Azərbaycan abidələrinə həsr olunan sərgi keçirilib - FOTOLAR

İtaliyanın Roma şəhərində Azərbaycanın müasir memarlıq abidələrinə həsr olunmuş sərgi nümayiş etdirilib.

Publika.az xəbər verir ki, mayın 11-12-si tarixlərində Romanın “Auditorium della Tecnica” sarayında İtaliyanın “Road To Green 2020” QHT-nin təşkilatçılığı ilə “Gələcəyin Şəhəri” (“La Citta del Futuro”) adlı tədbir keçirilib.

Şəhərlərin davamlı inkişafına həsr olunmuş tədbirdə Azərbaycanın müasir memarlığı haqqında ətraflı məlumat verilmiş, memarlıq abidələrinə həsr edilmiş sərgi təşkil olunub.

Tədbir zamanı Azərbaycanın İtaliyadakı Səfirliyinin əməkdaşı Zaur Gədiməliyev çıxış edərək ölkəmizin zəngin mədəniyyəti, tarixi ənənələri, sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən önəmli iqtisadi, infrastruktur və memarlıq layihələri, o cümlədən mədəni irsin qorunması sahəsində əldə edilmiş uğurlar haqqında məlumat verib.

Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərid Əliyev Bakının müasir memarlıq nümunələri haqqında geniş təqdimatla çıxış edib.

O, tədbir iştirakçılarına “Bakı Ağ Şəhər”, Böyükşor gölünün bərpası, Bakı Olimpiya Stadionun inşası layihələrinin konsepsiyası, texniki tərəfləri barədə ətraflı məlumat verib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm