“Ölən” Nobel mükafatlı yazar DANIŞDI
Bizi izləyin

Art

“Ölən” Nobel mükafatlı yazar DANIŞDI

Ölüm xəbəri yalan çıxdı.

Nobel mükafatçısı, yazıçı Svetlana Aleksieviçin ölüm xəbəri yalan çıxdı.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, xəbəri yazıçı özü yalanlayıb. Qeyd edib ki, öldüyünü jurnalistlərdən eşidib.

“Özümü çox yaxşı hiss edirəm. Sağ-salamatam. Kimə lazımdır belə söz-söhbəti yaysın axı? Baş açmıram”, - deyə xanım yazıçı hazırda Cənubi Koreyada kitabının təqdimatında olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, dünən 69 yaşlı yazıçının ölüm xəbəri Fransanın yeni mədəniyyət naziri Fransuaz Nissenin Tvitter səhifəsində yayımlanmışdı.

Svetlana Aleksieviç 2015-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm