Nazir Qobustan qayalıqlarında - FOTOLAR
Bizi izləyin

Art

Nazir Qobustan qayalıqlarında - FOTOLAR

“Yallı” adlı bədii proqram təqdim olunub.

İyunun 13-də Qobustan Milli tarix-bədii qoruğunda “Yallı” adlı bədii proqram təqdim olunub. Tədbir Qobustan qoruğunun yaradılmasının 50 və UNESCO-nun Dünya irsi siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində keçirilib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmilər, “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” beynəlxalq elmi konfransının nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqlar qoruq ərazisində salınan muzey və inzibati bina ilə tanış olub. Muzeydə minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumatlar almaq mümkündür.

Açıq səma altında qoruq-muzey kimi böyük marağa səbəb olan Qobustan Milli tarixi-bədii qoruğu və Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib. Qobustanın qayaüstü təsvirləri mədəni landşaftı ilə birlikdə UNESCO-nun Dünya irsi siyahısına daxil edilib.

Daha sonra Böyükdaş dağının yuxarı hissəsində “Yallı” adı altında bədii proqram nümayiş olunub.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm