Zəhranın ölümünə sarsılan Leyla Əliyeva: “İndi bütün ölkə yas tutub sənə…” - ŞEİR
Bizi izləyin

Art

Zəhranın ölümünə sarsılan Leyla Əliyeva: “İndi bütün ölkə yas tutub sənə…” - ŞEİR

Bir gün əvvəl Ermənistan silahlı qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən 2 yaşlı Quliyeva Zəhra Elnur qızının ölümü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya ağır təsir edib.

Publika.az xəbər verir ki, L.Əlieyva 2 yaşlı körpəyə şeir həsr edib. L.Əliyeva rus dilində yazılan şeiri “Zəhra haqda xatirə” adlandırıb. Şeiri Azərbaycan dilinə Mahir Qarayev tərcümə edib.

Prezident qızının Zəhraya ünvalanan şeirində "Heç mavi dənizdə çimmişdinmi sən?", "Durub baxmışdınmı uçan quşlara?", "İndi hara qaçaq dərdin əlindən?" misraları xüsusilə təsirlidir.

O, “Bağışla ki, mən səni tanımırdım, bağışla ki, bütün ölkə ağlayır”misraları ilə hadisənin təkcə ona deyil, bütün ölkəyə pis təsir etdiyini çatdırmaq istəyib.

Zəhranın xatirəsinə...

Niyə öldürdülər, de, səni axı?

O körpə canına necə qıydılar?

İki yaşlı qızın nəymiş günahı –

Aparıb soyuq bir qəbrə qoydular!

Dağları, düzləri sevirdin yəqin,

Qaçırdın otluqda ayağıyalın…

Zərif izlərini kim sildi sənin –

O hansı cəlladdı, o hansı zalım?!_

Heç mavi dənizdə çimmişdinmi sən,

Durub baxmışdınmı uçan quşlara?

İndi hara qaçaq dərdin əlindən,

Kim bizi qərq etdi göz yaşlarına?

Cəllad gülüşüylə durub, yaxından

Tutdular gülləyə, qurşuna səni;

Sənsə köçüb getdin şirin yuxuda...

İlahi, sən özün bağışla məni!

Sıxır ürəyimi, sıxır bu ağrı –

Bu yara heç zaman sağalan deyil!

Nədən o körpəyə qıydınız axı?

Axı neyləmişdi sizə o tifil?

Bağışla məni ki, deyildik tanış!

İndi bütün ölkə yas tutub sənə…

Həyat yollarında addım atmamış

Uçdun mələk kimi uca göylərə!

Niyə öldürdülər, de, səni axı?

Nə cavab verəcək zalım, nə üzlə?

Solan çiçəklərin nədir günahı

O bircə qarışlıq məzarın üstdə...

Память о Захре...
За что тебя, скажи, убили?

В 2 года! В чем твоя вина?

И унесут навек в могиле

Ту, кто недавно рождена!

Возможно, ты любила горы,

По травке бегала босой...

Кто стер с земли моей узоры,

Окутав сердце в дикий зной?

Скажи, купалась ли ты в море

И видела ль летящих птиц?

Кто внес к нам в дом такое горе

И слез несчитанных страниц?!_

Они стреляли темной силой

С усмешкой страшной на устах,

А ты во сне такой красивой

Ушла, прости меня, Аллах!

Сжимает боль так тяжко сердце,

И эту боль не исцелить!

За что убили вы младенца?

И как теперь вам с этим жить?

Прости, что я тебя не знала!

Прости, что плачет вся страна...

По жизни ты не зашагала,

И ангелом от нас ушла!

За что тебя, скажи, убили?

И как ответит тот злодей?

Цветы завянут на могиле...

Столь маленькой - ребенок в ней!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm