Zəmanəmizin Robinzonu: Brendon Qrimşou 50 il boş adada…
Bizi izləyin

Art

Zəmanəmizin Robinzonu: Brendon Qrimşou 50 il boş adada…

Uşaqlıqda Daniyel Defonun Robinzon Kruzo əsərini oxumayan yəqin ki, az adam tapılar. Çox güman ki, əksəriyyət bir anlığa həmin boş adada macəra yaşamaq xəyalı qurub. Yorkşir qraflığından olan ingilis Brendon Qrimşou sübut edir ki, arzuları reallığa çevirmək mümkündür. O, Hind Okeanında yerləşən Moyenn adasına köçür və o vaxtdan özünü tam olaraq təbiətə həsr edir.

Publika.az bu maraqlı həyat hekayəsi haqqda qısa arayışı oxuculara təqdim edir:

1960-cı illərin əvvəllərində növbəti ezamiyyətlərin birində Brendon ilk dəfə Seyşel adalarında olur, təbiət onu necə ovsunlayırsa, başa düşür ki, onun taleyi bura bağlıdır, məhz burada yaşamaq istəyir. O zaman qanunlar bütöv bir adanı almağa imkan verirdi (indi yalnız uzunmüddətli icarə mümkündür). Beləliklə işgüzar ingilis, 1962-ci ildə həyat üçün az yararlı olan Moyenn adasını 8 min funt sterlinq ödəyərək alır.

Adaya çatan kimi əvvəllər burada kiminsə yaşamasını müəyyən etmək üçün adanı təftiş etməyə başlayır. Məlum olur ki, yerli qəbilədən olan bir insan 10 yaşına qədər burada yaşayıb. Rene Laforten adlı yerli sonradan da tez-tez adaya baş çəkirdi. Ona ingilislə ünsiyyət o qədər xoş gəlir ki, arvadını və uşaqlarını ataraq, belə demək mümkünsə, uşaqlığı keçən vətənə qayıtmağa qərar verir.

Brendon və Rene adanın flora və faunasını zənginləşdirmək üçün xeyli səy göstərirlər. Təxminən 16 min ağac əkirlər, bundan başqa, Brendon qonşu adadan nəsli kəsilməkdə olan bir neçə nəhəng tısbağa alır. Hal-hazırda Moyenndə 120 nəhəng tısbağa yaşayır.

Rene Laforten 2007-ci ildə xərçəng xəstəliyindən, Qrimşou isə 2012-ci ildə vəfat edirlər. Brendon səyləri və xidmətlərinə görə mükafatlandırılır: ada 2008-ci ildə milli park statusu alır. Bu gün Qrimşou tanınır və haqqında çox yazılır, Moyennə isə çoxlu sayda turist gəlir. Əlbəttə, müasir Robinzon üçün ziyarətçilər o zaman da ürəkaçan deyildilər, amma adanın saxlanması üçün pul lazım idi və o, xeyriyyə fondu yaradaraq yığılan vəsaiti adanın inkişafına xərclənməsini vəsiyyət edir. Brendon “robunzonluğun” ilkin, ecazkar vaxtlarını xatırladac "Bir kişi və onun adası haqqında tarixçə” adlı kitabını ədəbiyyata miras qoyur.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm