Hamı çatmaqaş, hamı çələngli: Dünyanın Frida xoşbəxtliyi - FOTOLAR
Bizi izləyin

Art

Hamı çatmaqaş, hamı çələngli: Dünyanın Frida xoşbəxtliyi - FOTOLAR

Bu ay əfsanəvi rəssam Frida Kalonun 110 illik yubileyi ilə də yadda qalıb. Kalonun yubileyi dünyanın hər yerində incəsənətsevərlər tərəfindən böyük təntənə ilə qeyd olunur.

Dallas İncəsənət Muzeyisə Fridanın doğum gününə fərqli tərzdə hazırlaşıb.

Muzeyin həyətinə gözəl meksikalı rəssamın geyimində minlərlə insan toplaşıb. Yaşından və cinsindən asılı olmayaraq, bütün iştirakçılar özlərinə Fridanın çatma qaşlarından çəkib, başlarına çiçəklərdən çələng qoyublar.

Publika.az möhtəşəm “Frida” bayramından olan fotoları təqdim edir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm