Yazmasın deyə, dəlixanaya qoyulan, aparıcıya "Tanrım" deyən yazıçı: Koelyonun HEYRƏTAMİZ DÜNYASI
Bizi izləyin

Art

Yazmasın deyə, dəlixanaya qoyulan, aparıcıya "Tanrım" deyən yazıçı: Koelyonun HEYRƏTAMİZ DÜNYASI

Bu gün dünya oxucularının sevimli kitabları siyahısında yer alan ən möhtəşəm əsərlərdən biri də Paulo Koelyonun “Kimyagər” romanıdır. Bu günlərdə 29 yaşını tamamlayan bu roman artıq dünyanın 80 dilinə tərcümə edilib, 65 milyon nüsxəsi dərc olunub. Koleyonun ən çox gəlir gətirən bu kitabı Madonna, Farel Uilyams və digər Hollivud ulduzlarının masaüstü kitabıdır.

“Kimyagər” əsərində öz xoşbəxtliyinin axtarışına çıxan gənc çobanın başına gələn macəralardan, inam və inadla həqiqətə çatmağın mümkünlüyündən bəhs olunur.

Картинки по запросу paulo coelho kimyagər

Paulo Koelyo dünyanın ən varlı qadını, dünyaşöhrətli Opra Uinfrinin də sevimli yazıçısıdır. Opra onu özünün həyat müəllimi adlandırır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Publika.az ən reytinqli televiziya proqramı olan “Opra Unfri şounun” Paulo Koelyo ilə müsahibəsini təqdim edir.

Veriliş zamanı məşhur brazilyalı yazıçı xanım Uinfrini Cenevrədəki evinə dəvət edir və onunla çox maraqlı söhbət baş tutur.

Картинки по запросу paulo coelho oprah

”Bir şeyi ürəkdən istəyirsənsə, bütün dünya arzunu gerçəkləşdirmək üçün səfərbər olacaq”.

OPRA: Sizin yanınızda olmaqdan çox məmnunam...

PAULO: Gəldiyiniz üçün təşəkkür edirəm, Tanrım!

OPRA: "Tanrım"? Doğrudur. Axı mən “Kimyagərin” müəllifi ilə söhbət edirəm. Siz kimsiniz Paulo müəllif, müəllim və?

PAULO: Təbii ki, həyatı dərk etməyə çalışan tələbə.

OPRA: Mükəmməl insansınız. Kimyagər artıq 30 yaşın astanasındadır. Bu kitab mən də daxil olmaqla milyonların talismanıdır (həmayıl). Həqiqətən bu əsər insana o qədər böyük ruh, ümid verir ki, əhvalım olmayan kimi “Kimyagər”i oxuyuram. Bu roman sanki mənim dərdlərimi ovudur. Bəs özünüz necə, bu əsəri oxumusunuzmu?

PAULO: Çox oxumuşam, hər dəfəsində də heyrətlənmişəm. Axı mən güclü yazıçı deyiləm. Bəs bu gözəl əsəri necə yazmışam? Mən hələ də özümü peşəkar yazar saymıram.

OPRA: Bəs doğrudur ki, əsər cəmi iki həftəyə yazılıb?

PAULO: Bəli. “Kimyagər"ə cəmi 2 həftəyə can vermişəm. Öncə başlıq yazdım, sonra isə qəhrəmanıma ad verdim. Əsərin ilk cümləsi isə belə oldu “Gəncin adı Santyaqo idi”.

OPRA: Santyaqo adı hardan ağlınıza gəldi?

PAULO: Bilirsiniz, mən Ernest Heminqueyin yaradıcılığına heyranam. Onun “Qoca və dəniz” əsərinin qəhrəmanın da adı Santyaqodur.

OPRA: Kitabınız sizə başdöndürən şöhrət gətirib. Lakin bildiyimə görə, ilk günlər belə böyük tirajla satılmayıb…

PAULO: Doğrudur. Təsəvvür edirsinizmi, kitab redaktəyə verildi. Daha sonra nəşr olunub, satışa çıxarıldı. Yayım evinin direktoru bir gün mənə zəng edib dedi ki, kitab satılmır, nə edək? Dedim, zaman verin. Onlar isə qəti şəkildə gözləməyəcəklərini bildirdilər. Mən cavabında kitabımdan bir cümləni səsləndirdim:”Bir şeyi ürəkdən istəyirsənsə, bütün dünya arzunu gerçəkləşdirmək üçün səfərbər olacaq”.

OPRA: Ən çox sevdiyim ifadə…

PAULO: Və mən haqlı çıxdım. Axı özüm də bu prinsiplə yaşayıram.

OPRA: Sonra?

PAULO: Mən Braziliya yayım evlərinin qapılarını döyməyə başladım. İlk yaxınlaşdığım qapı Braziliyanın ən məşhur nəşriyyat evi idi. Buranın sahibi kitaba baxıb dedi:"Möhtəşəm əsərə oxşamasa da, məsuliyyəti öz üzərimə götürürəm. Satışa verəcəm “Kimyagər”i". Opra, inanırsınızmı, 3 il sonra kitabın yarım milyon nüsxəsi satıldı. Həmin şəxslə görüşüb, təşəkkür etdim. 3 il öncə belə uğursuz nəşrin məsuliyyətini öz üzərinə niyə götürdüyünü soruşdum. Onun cavabı çox sadə idi:”Bilmirəm”

OPRA: İnanılmazdır.

PAULO: Bəli, amma mən möcüzələrə inanıram.



OPRA: Bir gənc macəra axtarışı ilə evdən çxır, maneələri aşır, sonra qazandığı hikmət və müdrikliyi özünə yol yoldaşı edib, evə dönür. Sizcə, bu əsərdə insanları nə cəlb edir?

PAULO: İnsanlar onun yerində olmaq istəyirlər. Lakin özlərinin buna cəsarəti çatmır.

OPRA: Qorxduqlarını düşünürsünüz?

PAULO: Hardasa bəli.

OPRA: Əsərin əvvəlində atası Santyaqonu yolundan döndərməyə çox cəhd etsə də, qərarını dəyişmir. Onu nə gözlədiyini təxmin etmədən, yola düşür…

PAULO: Hər birimizin içində bir uşaq var. Onu nə qədər arzularından döndərsək də, elə hey boylanıb bizə ”Arzularımızın dalınca gedək” deyir.

OPRA: Ümumiyyətlə əsərləriniz boyu insanlara cəsarət, qorxmazlıq aşılayırsınız. Düşünürəm ki, belə fikirlər səsləndirən müəllifin qorxuları olmamalıdır.

PAULO: Opra, mənim o qədər qorxularım var ki, təxmin belə etmirsiniz. Lakin arzularım, ümidlərim hər şeydən üstündür mənim üçün. Əslində, yazdığım sətirlərdə özümü də cəsarətləndirməyə cəhd edirəm.

OPRA: Bu günədək 30-dan çox kitab nəşr etmisiniz…

PAULO: İnanın ki, sayını ututmuşam. Ümumiyyətlə kitablarımı saymıram.

OPRA: Qorxulardan danışdıq. Qorxmursunuzmu ki, “Kimyagər”in uğuru digər kitablarınızda təkrarlanmaya bilər?

PAULO: Yox, yox… “Kimyagər” kimi uğur insanın həyatında yalnız bir dəfə baş verməlidir. Sizə bir sirr açım, mənim tamamlanmayan o qədər əsərim var ki. Onların bəzilərini ancaq özüm üçün qələmə alıram.

Картинки по запросу paulo coelho oprah

“Biz oğlumuzu çox sevirik, amma o dəlidir"

OPRA: Əsərin əvvəlində Santyaqo deyir ki, dünya bizə böyük yalan danışır. Bu yalan nədən ibarətdir?

PAULO: Bu yalanlar olduqca çoxdur. Məsələn, birini mən deyim: Əsrlər boyu bizi inandırmağa çalışıb ki, taleyimiz bizim yox, məhs onun əlindədir. Santyaqo isə bunun tam əksini sübut edir. Taleyinin iplərini əlinə alıb, özü idarə edir. Öz həyat təcrübəm də buna parlaq misal ola bilər. Mən yazıçı olmağa qərar verəndə, valideynlərim nə yolla olursa olsun, yolumdan döndərməyə çalışırdılar.

OPRA: Bəs hansı peşəyə yiyələnməyinizi istəyirdilər?

PAULO: Onlar məni rüşvətlə məsləyimdən çəkindirməyə çalışırdılar. Gördülər kar etmir, xərcliyimi kəsdilər. Hətta psixiatra apardılar. Nəhayət ümidlərini üzüb, dedilər: “Biz oğlumuzu çox sevirik, amma o dəlidir"... Və məni psixiatrik xəstəxanaya yerləşdirdilər.

OPRA: İnana bilmirəm… Yazıçı olmaq istədiyiniz üçün doğma valideynləriniz sizi xəstəxanaya yerləşdirdilər?

PAULO: İncəsənət nümayəndəsi olmaq istədiyim üçün... Valideynlərim köhnəfikirli insanlar idilər. Onlar düşünürdülər ki, sənət adamları ya homoseksual, ya da əyyaş olurlar.

OPRA: Xəstəxanada keçirdiyiniz günlərdən yadınızda nə qalıb?

PAULO: 3 dəfə oradan qaçdım, tapıb geri qaytardılar. Ancaq valideynlərimə qarşı zərrə qədər də kin bəsləmirəm. Axı onlar bunu məni sevdikləri üçün edirdilər. Həqiqətən də yeniyetməlik illərimdə çox çılğın idim. Bilirsiniz, Opra, Braziliyanın çox sərt və qalmaqallı mühiti var. Onlar məni bu mühitdən maksimal dərəcədə qorumaq istəyərkən, mən onlara universitetə bir daha addım atmayacağımı və yazıçı olmaq istəyimi bildirdim.

OPRA: Dispanserdə olduğunuz müddətdə özünüz haqda nə öyrəndiniz? Yəni kəşf edə bildiniz Paulonu?

PAULO: Anladım ki, həqiqətən dəliyəm, xırçınam. Ən əsası isə ürəyim istəyəni edirdim. Özümü pis aparanda isə deyirdim: "Bağışlayın, axı mən dəliyəm”.

Картинки по запросу paulo coelho oprah

OPRA: (Gülür) Seks, içki və roknroll?

PAULO: Eynən, valideynlərim məni qorumaq istərkən qorxduqları insana çevirdilər. Amma o yoldan tez döndüm.

OPRA: Nəhayət yazmağa başladınız?

PAULO: Öncə mahnılar üçün sözlər yazmağa başladım və kifayət qədər pul qazandım. Valdeynlərim bunu görəndə dərindən nəfəs alıb, xoşhal oldular. Axı dəli bu qədər pul qazana bilməzdi.

OPRA: Sizcə, insanlar niyə Santyaqo kimi öz möcüzələrinə doğru irəliləmirlər?

PAULO: Çünki hər bir qəlbin öz qorxuları var. Kimliyindən asılı olmayaraq insan ürəyi çiçək kimidir. Onu pöhrələndirmək də, soldurmaq da öz əlimizdədir.

OPRA: Mənə ən xoşbəxt anınızdan bəhs edin...

PAULO:2011-ci il idi və mən bərk xəstə idim. Düşündüm ki, bu gecə öləcəm. Çox möhtəşəm anlar idi, Opra. Mənim özümə inamım da, Allaha və insanlara sevgim də ən yüksək zirvədə idi. Qəlbim köksümə sığmırdı. O gecə anladım ki, bu mənim ən xoşbəxt anımdır.

Картинки по запросу paulo coelho oprah

OPRA: Olduqca təsirli hekayədir. Bunu mənimlə paylaşdığınız üçün minnətdaram. Məni evinizdə qonaq etdiyiniz üçün sizə sonsuz təşəkkürümü bildirirəm, əzizim.

PAULO: Opra Uinfri, gəldiyiniz üçün sağ olun. Tanrı sizi qorusun!

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm