Dünya şöhrətli yazıçı: “Ədəbiyyat dülgərlikdən fərqli bir iş deyil”
Bizi izləyin

Art

Dünya şöhrətli yazıçı: “Ədəbiyyat dülgərlikdən fərqli bir iş deyil”

Yazıçı olmaq və düşüncələrini geniş kütləyə çatdırmaq istəyənlər çox zaman haradan və necə başlayacaqlarını bilmirlər.

Publika.az həmin insanlara yardımçı olmaq məqsədilə dünya şöhrətli 5 yazıçının yazmaq haqqındakı düşüncələrini təqdim edir.

Qabriel Qarsiya Markes

“İlk paraqrafı yazmaq üçün aylarla vaxt sərf edirəm. Ancaq onu yazdıqdan sonra arxası çox asan gəlir. Əsərin ilk paraqrafı mənim üçün sonluğun necə olacağını göstərən bir fraqmentdir”.

“Ədəbiyyat dülgərlikdən çox da fərqli bir iş deyil. Hər iki iş çox böyük zəhmət tələb edir. İkisində də əlinizdəki material həqiqidir. Ağac qədər sərt, işləməsi çətin bir material. Hər ikisi üçün də kiçik detallar və texnikanı bilmək vacibdir. İntizam olmadıqda oxumağa dəyər bir kitab yazıla biləcəyinə inanmıram”.

Vilyam Folkner

“Mənə yazmaq üçün lazım olan bir az tütün, kağız, yemək və viskidir.”

“Yazıçının iqtisadi azadlığa ehtiyacı yoxdur. Çünki, ona həqiqətən lazım olan şeylərin xərci yoxdur. Lakin yaxşı yazmağı bacarmayanlar zamanı və iqtisadi azadlığı olmadığı ilə bağlı bəhanələrə sığınırlar. Mən pul qarşılığında yazılmış yaxşı əsərə bu günə kimi rast gəlməmişəm.”

Ernest Heminquey

“Yazmağa fasilə verdiyinizdə böyük bir boşluq yaranır və eyni zamanda da sevdiyiniz insanla sevişmisiniz kimi bir doymuşluq hissi ilə dolur içiniz. Ən yaxşı əsərlər aşiq olarkən yazılır. Həmin ruh halında olanda sənə heç kim zərər verə bilmir.”

Truman Kapote

“On bir yaşımda olanda yazmağa başlamışam. Yazmağın da rəsmdə və musiqidə olduğu kimi işıq və kölgəylə bağlı perspektiv qanunları var. Yazanda mütləq siqaret çəkib, nəsə içmək lazımdır. Çap maşınından istifadə etmirəm. Yazılarımın ilk versiyalarını qələmlə yazıram. Sonra yenə qələmlə onları cilalayıram”.

Steven Kinq

“5 yaşında olanda cizgi romanlarından rəsmləri götürür və onlara uyğun öz hekayələrimi yaradırdım.”

“Yazmaq üçün xüsusi iş stolunuzun olması yaxşıdır. Daima yer dəyişdirməmək üçün isə rahat bir kreslo lazımdır. Ətraf kifayət qədər aydın olmalıdır. Lakin harda yazırsınızsa yazın, yazdığınız yer sizin xarici təsirlərdən gizləndiyiniz bir sığınacağınız olmalıdır.”

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm