Məqsəd Nurun əsərləri Türkiyədə nəşr olunacaq
Bizi izləyin

Art

Məqsəd Nurun əsərləri Türkiyədə nəşr olunacaq

Türkiyənin "Alakarğa" yayım evi yazıçı Məqsəd Nurla müqavilə imzalayıb.

Yayım evinin təmsilçisi Merve Akıncının Publika.az-a verdyi məlumata görə, müqavilə Məqsəd Nurun əsərlərinə dair müəllif hüquqlarının "Alakarğa"ya verilməsini nəzərdə tutur.

Bu ilin oktyabrında nəşr olunacaq ilk kitab yazıçının "Şəhər Meri" romanı olacaq. Daha sonra hekayələr və yeni bir roman ayrıca kitab şəklində işıq üzü görəcək.

M.Akıncı bildirib ki, müəllifin bütün əsərlərinin tərcümə, tanıtım və satış işləri yayınevi tərəfindən gerçəkləşdiriləcək.

Xatırladaq ki, Məqsəd Nurun "Şəhər Meri" romanı Gürcüstanda və İranda ayrıca kitab şəklində nəşr olunub. O cümlədən, ukrayn dilində - tam versiyada "Vsesvit" jurnalında və Rusiyanın nüfuzlu "Nezavisimaya qazeta" qəzetində fraqment şəklində yayılıb. Roman Azərbaycanda Milli Kitab Mükafatına (2011) layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm