• USD 1,7000 0,00% EUR 2,0016 +0,19%
    • GBP 2,2805 -0,15% RUB 0,0276 +1,09%

Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin uçuş şousu və sərgisi - FOTOLAR

  • Art
  • 10 Sentyabr 2017 02:00
  • 619 Baxış
Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin uçuş şousu və sərgisi

Sentyabrın 9-da Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin ilk uçuş şousu və sərgisi keçirilib.

Tədbir Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Şou-sərgidə bir sıra beynəlxalq yarışlarda və festivallarda nümayiş etdirilmiş 30-dan çox aviamodel olub. 21 aviamodel sərgidə nümayiş etdirilib. 10 kodlu və radioidarəolunan tipli aviamodel isə Mərkəzin parkında səma üzərində müxtəlif manevrlər edərək şou göstərib.

Tamaşaçılara uçuşların trayektoriyası və hər bir model haqqında məlumat verilib. İzləyicilər hər bir çıxışı maraq və alqışlarla qarşılayıblar.

Eyni zamanda, peşəkar pilot, konstruktor və Milli Aviasiya Akademiyasının müəllim-tələbə heyəti maraqlananlar üçün aviamodellərin layihələndirilməsi, hazırlanması və idarə edilməsi qaydaları barədə praktiki təlim keçib.

Tədbirin məqsədi uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək, eləcə də pilotsuz uçuş aparatlarının praktiki layihələndirilməsi, hazırlanması və istismarı vərdişlərini aşılamaq olub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>