Aşıq Ədalət dəfn olundu – FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Art

Aşıq Ədalət dəfn olundu – FOTO/VİDEO - (YENİLƏNDİ)

Aşıq Ədalət Nəsibov dəfn olunub.

Qazaxda yaşayan gənc şair Taleh Mansurun verdiyi məlumata görə, Mədəniyyət Evində keçirilən vida mərasimindən sonra aşığın cənazəsi Ağköynək kənd qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. (apa)

***

Xəbər verdiyimiz kimi, Əməkdar İncəsənət Xadimi Aşıq Ədalətin nəşi Qazax şəhərinə yola salınıb.

Publika.az xəbər verir ki, hazırda Qazax Şəhər Mədəniyyət Evində mərhumla vida mərasimi keçirilir.

Mərasimdə Aşıq Ədalətin ailə üzvləri, yaxınları ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi və başqaları iştirak edir.

***

Xəbər verdiyimiz kimi, dünən Aşıq Ədalət uzun sürən xəstəlikdən sonra vəfat edib.

Yaxınlarının Publika.az-a verdiyiməlumata görə, Aşığın vəsiyyətinə əsasən o, Qazax rayonunda, ata-anasının məzarı yerləşən ərazidə dəfn olunacaq.

Bu gün saat 13.00-15:00 arası Qazax rayon Mədəniyyət evində mərhumla vida mərasimi keçiriləcək. Dəfn mərasimi isə 15:00-da olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şənbə günü isə Qazax rayonunda mərhumun üç və yeddi mərasimləri keçiriləcək.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm