• USD 1,7000 0,00% EUR 2,0016 +0,19%
    • GBP 2,2805 -0,15% RUB 0,0276 +1,09%

Azərbaycanlı yazıçının Türkiyədə möhtəşəm UĞURU

  • Art
  • 29 Sentyabr 2017 15:45
  • 666 Baxış
Azərbaycanlı yazıçının Türkiyədə möhtəşəm UĞURU

Türkiyənin "Alakarğa" yayım evi azərbaycanlı yazıçı Məqsəd Nurun hekayələr kitabının və yeni romanının nəşrinə hazırlaşır.

Publika.az-a açıqlama verən yazıçı bildirib ki, artıq “Alakarğa” ilə müqavilə imzalanıb:

“Bunlardan öncə “Şəhər meri” romanım dərc ediləcək. Yeni müqaviləyə əsasən bu əsərlərin hər birinin müəllif hüquqları "Alakarğa" yayım evinə veriləcək. Onu da bildirim ki, bu Azərbaycan ədəbiyyatında ilk belə hadisədir. Həmin yayım evi Türkiyədə çox məşhurdur, xüsusi sanbala malikdir. Mənim üçün çox xoşdur ki, əsərlərimə yüksək qiymət veriblər və müqavilə bağlamaq üçün məni seçiblər. Təəssüf ki, hələ qardaş ölkəmizdə belə böyük çapda iş görə bilən yayım evi ilə müqavilə bağlayan ikinci bir yazıçımız yoxdur”.

M.Nur bildirib ki, Türkiyədə bir çox hekayələri tanınmış ədəbi tənqidçilər tərəfindən təhlil edilib, ədəbi cameənin diqqətini çəkib:

“Semih Gümüş kimi bir çox məhşur tənqidçilər yaradıcılığım barədə yüksək fikirlərlə çıxış etdilər. Bu materiallar müxtəlif dərgilərdə yayımlandı. Bundan sonra müxtəlif yayım evlərindən çeşidli təkliflər aldım. Sonda ən uyğun gələni - "Alakarğa"nı seçdim. Burda nəşr olunan kitablarımın bütün dünyada satışı nəzərdə tutulub. Satış işləri internet üzərindən də həyata keçiriləcək. Mənim əsas məqsədim öz yaradıcılığımla bərabər, Türkiyə oxucusuna gənc azərbaycanlı yazarların da əsərlərini təqdim etməkdi. Bizdə elə istedadlar var ki, onları dünya oxucusu mütləq tanımalıdır. Azərbaycan ədəbiyyatında müxtəlif xalqların öyrənməsi gərəkən çox detallar var. Bu baxımdan, hazırda azərbaycanlı gənc yazarlarla bağlı effektiv bir layihə hazırlamağı düşünürəm. Güman ki, bu fikirlərin gerçəkləşməsi üçün Azərbaycandan da yaradıcı şəxslərin dəstəyinə ehtiyac olacaq”.

Xatırladaq ki, Məqsəd Nurun "Şəhər Meri" romanı Gürcüstanda və İranda ayrıca kitab şəklində nəşr olunub. O cümlədən, ukrayn dilində - tam versiyada "Vsesvit" jurnalında və Rusiyanın nüfuzlu "Nezavisimaya qazeta" qəzetində fraqment şəklində yayılıb. Roman Azərbaycanda Milli Kitab Mükafatına (2011) layiq görülüb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>