“Akademikin son əsəri” təqdim edildi - - FOTO
Bizi izləyin

Art

“Akademikin son əsəri” təqdim edildi - - FOTO

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda xalq şairi Sabir Rüstəmxanlının “Akademikin son əsəri” adlı romanının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, mərasimi giriş sözü ilə açan xalq şairi Fikrət Qoca “Akademikin son əsəri” romanında yaxın tarixdə baş verən olayların böyük ustalıqla qələmə alındığını bildirib. Şair Çingiz Əlioğlu Sabir Rüstəmxanlının onun baxışlarının formalaşmasında rol oynadığını deyib.

Yazıçı Seyran Səxavət, millət vəkili Fəzail İbrahimli, professor Firudin Cəlilov da müəllifin həyat və yaradıcılığı haqda maraqlı fikirlər səsləndiriblər.

Sonda çıxış edən xalq şairi Sabir Rüstəmxanlı əsəri və ümumi yaradıcılığı haqda fikir bildirən, tədbirdə iştirak edən hər kəsə təşəkkür edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm