Mirzə Ələkbər Sabirin virtual muzeyi yaradıldı - Azərbaycanda İLK - - FOTOLAR
Bizi izləyin

Art

Mirzə Ələkbər Sabirin virtual muzeyi yaradıldı - Azərbaycanda İLK - - FOTOLAR

Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə dahi şairin 155 illiyi münasibətilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsinin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbiri tanınmış jurnalist Vəsilə Vahidqızı açıb.

O, M.Ə.Sabir irsinin virtual muzey formatında təşkil edilməsini təqdirəlayiq hadisə kimi qiymətləndirib.

Daha sonra fondun prezidenti Sevda Tahirli çıxış edərək virtual muzeyin təşkil edilməsinin məqsədini açıqlayıb:

“İctimai fikir tariximizin görkəmli nümayəndələrindən olan M.Ə.Sabirə istər öz xalqımız, istərsə əcnəbi vətəndaşlar tərəfindən çox böyük bir sevgi və maraq var. Bilirsiniz ki, onun Bakıda muzeyi yoxdur. Yalnız Şamaxıda var. Həmin muzey də restavrasiya olunması üçün müvəqqəti olaraq istifadəyə dayandırılıb. Bununla yanaşı, şairin külliyyatı pərakəndə halda idi. Buna görə də Sabirin həyat və yaradıcılığı ilə tanış olmaq istəyən yerli və əcnəbi vətəndaşlar çətinlik çəkirdilər. Biz də onun həyat və yaradıcılığına aid bütün materialları bira araya gətirmək məqsədilə virtual muzey yaratmaq qərarına gəldik. Beləliklə, Sabir haqqında mövcud olan foto, video və yazılı arxivləri, kitabxanalarda, şəxsi kolleksiyalarda saxlanmış materialları bir araya topladıq və rəqəmsallaşdırdıq. Sözsüz ki, bütün bunları dövlət dəstəyi sayəsində reallaşdıra bildik. Bu virtual muzey sabirsevərlərə, ədəbiyyatsevərlərə M.Ə.Sabirin 155 illiyi münasibətilə fondumuzun bir töhfəsi oldu”.

Daha sonra materialların virtuallaşdırılmasını həyata keçirən Azərbaycan Fotoqraflar Birliyinin üzvü Nurlan Tahirli virtual muzeyin qısa təqdimatını edib. Muzeydə Sabirin Şamaxıdakı ev muzeyinin 360 panoramik görüntüləri, həyat və yaradıcılığı, mütəfəkkirlərin şair haqqında dedikləri, virtual kitabxana və arxiv sənədlər, həmçinin şəxsi əşyalarının fotoları yer alıb. Sabirin 1912-ci ildə nəşr olunmuş nadir “Hophopnamə” kitabı da virtual muzeyə daxil edilib.

Təqdimatdan sonra muzeyin yaradılmasında birbaşa əməyi olan AMEA Mərkəzi Elmi Kitabaxanının müdiri Leyla İmanova çıxış edib. O, Sabirin yaradıcılığına aid nümunələrin vahid baza formasında yaradılmasını tarix adına önəmli addım olduğunu bildirib.

Tədbirdə ziyalılar, elm adamları, tanınmış QHT və media nümayəndələri, tələbələr iştirak edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm