Avropanın 100 milyon maaş alan ULDUZLARI: İnanılmaz RƏQƏMLƏR - TOP-20
Bizi izləyin

Art

Avropanın 100 milyon maaş alan ULDUZLARI: İnanılmaz RƏQƏMLƏR - TOP-20

Forbes hər il ən yüksək maaşlı məşhurların reytinqini dərc edir.

Yeni reytinqdə 2017-ci ildə Avropanın ən yüksək maaş alan ulduzlarının siyahısı yer alıb. Qazanclar illlik miqyasla göstərilib.

Publika.az siyahını geniş icmalla öz oxucularına təqdim edir.

20. Zlatan İbrahimoviç

Ölkə: İsveç

Gəlir: $32 milyon

İbrahimoviç - bosniya-xorvat əsilli İsveç futbolçusudur. İsveç yığmasının keçmiş kapitanıdır.

O, müasir həmkarları içərisində ən müəmmalı hücumçu hesab olunur.

İsveç yığmasında oyuna ilk dəfə 2001-ci ildə çıxıb. 4 Avropa çempionatında (2004, 2008, 2012 və 2016 il) oynayıb və 2 dünya çempionatının (2002 və 2006 il) iştirakçısıdır.

İsveç yığmasının tarixində ən çox qol vuran futbolçudur.

"Nike" firması ilə sponsor müqaviləsinə malikdir.

19. Konnor Makqreqor

Ölkə: İrlandiya

Gəlir: $34 milyon

Konnor Makqreqor – sərbəst döyüş sənətlərinin irlandiyalı təmsilçisidir. O, həmçinin peşəkar boksda da çıxış edir. Yüngül çəki kateqoriyasında UFC himayəsi altında çıxış edir.

Yüngül çəki kateqoriyasında UFC himayəsi altında qüvvədə olan çempiondur.

18. Qaret Beyl

Ölkə: Böyük Britaniya

Gəlir: $34 milyon

Qaret Beyl - Uels futbolçusudur, ispan klubu "Real Madrid"in şərəfini qoruyur və Uels yığmasının əsas üzvüdür.

Ekstremal hücumçu yüksək sürət və zərbəsilə fərqlənir.

"Real Madrid" klubunun tərkibində UEFA Çempionlar Liqasının üçqat qalibidir.

“Adidas”, "Electronic Arts", "Sony", və "Footlocke" şirkətləri ilə sponsor müqavilələrinə malikdir ki, bu da uğurlu idmançıya ildə 11.5 milyon dollar gəlir gətirir.

17. Fernando Alonso

Ölkə: İspaniya

Gəlir: $36 milyon

Fernando Alonso - ispan yarış sürücüsüdür, "Formula 1" seriyasının 2005 və 2006 illər üzrə ikiqat dünya çempionu və 2010, 2012, 2013-cü illər üzrə üçqat vitse-çempionudur. 2014-cü dekabr ayından etibarən "Maklaren" komandasının yarışçısıdır.

16. Ed Şiran

Ölkə: Böyük Britaniya

Gəlir: $37 milyon

Ed Şiran - Britaniyanın müəllif-ifaçısı, musiqiçi və aktyordur.

Birinci ticari müvəffəqiyyətə 2011-ci ilin iyun ayında nail olub. O zaman onun "The A Team" adlı sinqlı Britaniya çartında 3-cü yeri tutub.

Şiranın "Thinking Out Loud" mahnısı ona 2016-cı ildə iki "Qremmi" mükafatı qazandırıb.

2017-ci ilin yanvarında isə "Shape of You" sinqlı ABŞ-da satış üzrə lider pillədə qərarlaşmışdı.

15. Novak Cokoviç

Ölkə: Serbiya

Gəlir: $37.6 milyon

Novak Cokoviç - serbiyalı peşəkar tennisçidir. O, bir neçə dəfə reytinq üzrə dünyanın lider tennisçisi olmuş, dəfələrlə karyerasında “Böyük dəbilqə”nin sahibidir.

14. Sebastyan Fettel

Ölkə: Almaniya

Gəlir: $38.5 milyon

Sebastyan Fettel - almaniyalı yarış sürücüsüdür. "Formula 1" seriyasının 2010, 2011, 2012 və 2013 illər üzrə dördqat dünya çempionudur.

Eyni zamanda o, 2010-cu ildə Almaniyada ilin ən yaxşı idmançısı seçilib.

13. Tiyosto

Ölkə: Niderland

Gəlir: $39 milyon

Tiyesto - niderlandlı didjey, musiqi prodüseri, bəstəkar, həmçinin geyim və filantrop dizayneridir. Elektron rəqs musiqisinin tarixində ən titullu didjeylərdən biridir.

Üç il boyunca ardıcıl olaraq, 2002, 2003 və 2004 illərdə dünya reytinqində “DJ Mag Top 100”ün 1 nömrəli didjeyidir. O, həmçinin 2007, 2008 və 2009 illərdə üç dəfə “International Dance Music Awards” versiyasına görə dünyanın ən yaxşı didjeyi seçilib.

12. Saymon Kouell

Ölkə: Böyük Britaniya

Gəlir: $43.5 milyon

Saymon Kouell - britaniyalı televiziya aparıcısı, prodüser, filantrop, "Syco" şirkətinin rəhbəridir.

Britaniya şoubiznesinin nəhəng nümayəndələrindən biri sayılır. Ona məxsus “American Idol”, “Pop Idol”, “The X Factor UK” və “Britain's Got Talent” kimi məşhur televiziya şoularında həm də münsif sədridir.

11. Lyuis Hemilton

Ölkə: Böyük Britaniya

Gəlir: $46 milyon

Lyuis Xemilton - britaniyalı yarış sürücüsüdür. "Mercedes AMG Petronas F1 Team" komandasının pilotudur.

2008, 2014 və 2015 illər üzrə üçqat dünya çempionudur. Müasir “Formula 1” yarışlarının ən yaxşı idmançılarından biri hesab edilir.

10. Kelvin Harris

Ölkə: Böyük Britaniya

Gəlir: $48.5 milyon

Kelvin Harris - şotlandiyalı müəllif-ifaçı, musiqi prodüseri və diceydir.

Onun debüt albomu “I Created Disco” bütün rekorları yeniləmişdi. Albomdan 2 sinql - "Acceptable in the 80s" və "The Girls" Böyük Britaniya çartlarının dəfələrlə top-10-nuna başçılıq edib.

Kelvin həmçinin, başqa artistlərin mahnılarının da prodüseri və müəllifi kimi fəaliyyət göstərir. Mahnılarının yazdığı müəlliflərin siyahısına Kayla Minouq, Rihanna, Dizzee Rascal kimi dünya şəhrətli ulduzlar daxildir.

9. Rori Makilroy

Ölkə: Böyük Britaniya

Gəlir: $50 milyon

Makilroy - peşəkar qolfçudur. Dünya reytinqinə ümumi olaraq 95 həftə başçılıq edib, 4 "meydjor"un qalibidir. Britaniya imperiyasının orden kavaleridir. (Britaniya imperiyasının ordeni - Britaniya kralı V Georq tərəfindən 4 iyun 1917-ci ildə yaradılmış cəngavər ordenidir).

2017-ci ilin aprelində o, “Nike”la müqaviləsini daha 10 il uzatdı. Bu zaman "The Guardian" müqavilənin məbləğini 200 milyon dollar qiymətləndirmişdi.

Eyni zamanda Makilroy “Omega” və “Upper Deck” şirkətlərinin partnyorudur. Bundan başqa, 2015-ci ildən etibarən onun şəkili “Electronic Arts” tematik oyununun üz qabığını bəzəyir.

8. Pol Makkartni

Ölkə: Böyük Britaniya

Gəlir: $54 milyon

Ser titullu Ceyms Pol Makkartni - Britaniya musiqiçisi, multiinstrumentalist və prodüserdir. “The Beatles” qrupunun banilərindən biri, "Qremmi" mükafatının 16 qat sahibi, cəngavər-bakalavr və Britaniya imperiyasının orden kavaleridir.

2011-ci ildə “Rolling Stone” jurnalı tərəfindən keçirilmiş sorğuya əsasən, bütün zamanların ən yaxşı bas-gitara ifaçılarından biri kimi qəbul olunub. Onun səs diapazonu dörd oktavadan çoxdur.

7. Qordon Ramzi

Ölkə: Böyük Britaniya

Gəlir: $60 milyon

Qordon Ramzi - məşhur britaniyalı baş aşpazdır. Onun restoranları 16 dəfə “Mişlen” ulduzuna layiq görülüb.

Onun Londonda yerləşən “Restaurant Gordon Ramsay” firma restoranı 3 “Mişlen” ulduzuna malikdir.

Həmçinin “The F-Word”, “Ramsay's Kitchen Nightmares” və “Cəhənnəm mətbəxi” kimi Britaniya teleşoularının müəllifi və aparıcısıdır.

6. Elton Con

Ölkə: Böyük Britaniya

Gəlir: $60 milyon

Ser titullu Elton Con - britaniyalı rok-müğənni, bəstəkar və pianoçudur. Cəngavər-bakalavr, Britaniya imperiyasının orden kavaleridir.

Yüngül rokun inkişafında əvəzsiz xidmətlərə malikdir. Öz 50 illik karyerası boyunca 250 milyondan çox plastinka sata bilib. Elton Conun 52 sinqlı Britaniya top-40-na daxil ola bilib.

“Rolling Stone” jurnalının versiyasına görə, ən güclü ifaçıların siyahısında 49-cu yeri tutur.

5. Federer Rocer

Ölkə: İsveçrə

Gəlir: $64 milyon

Federer Rocer – tennisçi, bir çox rekordların sahibi, dünya reytinqində (237 həftə ardıcıl) birinci yerdə olan 18 “Böyük dəbilqə” yarışının qalibidir.

Federerin bir çox müqavilələri on illərlə işləyir. “Nike”, “Wilson”, “Credit Suisse”, “Mercedes”, “Rolex”, “Lindt”, “Jura”, “Moet & Chandon”, “Sunrise” və “NetJets” kimi nəhəng şirkətlər daim onu öz məhsullarının siması rolunda görmək istəyirlər.

4. Adel

Ölkə: Böyük Britaniya

Gəlir: $69 milyon

Adel - britaniyalı müəllif-ifaçı və şairdir. 2006-cı ildə “BRIT School”u bitirib və “XL Recordings”lə müqavilə bağlayıb.

2007-ci ildə Adel “Brit” mükafatında "Tənqidçilərin Seçimi" nominasiyasının qalibi olub və sorğunun nəticəsinə görə, “BBC Sound of 2008”in ən yaxşı ifaçısı kimi tanınıb.

Debüt albom “19” 2008-ci ildə buraxılıb və ticari müvəffəqiyyət qazanıb. Adel 2009-cu ildə keçirilən 51-ci "Qremmi" mərasimində "Ən yaxşı yeni ifaçı" və "Ən yaxşı qadın vokal pop ifaçısı" nominasiyalarında mükafatlar alıb.

2011 və 2012 ildə “Billboard” nəşri Adeli ilin artisti adlandırıb.

2012-ci ildə o “VH1” versiyasına görə, musiqi sənayesində 100 ən güclü qadın içindən ilk beşliyə layiq görülüb.

“Time” jurnalı Adeli 2012 və 2016 illərdə dünyanın ən nüfuzlu insanlarından biri adlandırırdı.

100 milyondan çox tirajla satılan albomları ilə uğurlu müğənni, dünyada ən çox satış edə bilən artistlərdən biridir.

3. Coldplay

Ölkə: Böyük Britaniya

Gəlir: $88 milyon

Coldplay - Britaniya pop-rok qrupudur. 1998-ci ilin yanvarında fəaliyyətə başlayan qrup, 2000-ci ildə artıq müvəffəqiyyətə nail ola bilir. Coldplay albomları 80 milyondan çox tirajla satılır.

Coldplay-in məşhur “İn My Place" mahnısı daxil olmaqla daha 7 mahnıya "Qremmi" mükafatı verilib.

2. Kriştianu Ronaldo

Ölkə: Portuqaliya

Gəlir: $93 milyon

Kriştianu Ronaldo - ispan klubu "Real Madrid" və Portuqaliya yığmasının hücumçusudur. O, yığmanın heyətində 2016-cı ildə Avropa çempionu olub.

Portuqaliya yığmasının tarixində ən yaxşı bombardir, həmçinin oynanmış matçların miqdarı üzrə rekordçudur.

“Nike” “Tag Heuer” və “Armani” şirkətləri ilə sponsor müqavilələrinə malikdir.

1. Coan Roulinq

Ölkə: Böyük Britaniya

Gəlir: $95 milyon

Coan Roulinq - britaniyalı yazıçı, Harri Potter haqqında romanlar seriyasının müəllifi, ssenarist və kinoprodüserdir.

Potter haqqında kitablar bir neçə mükafat alıb və 400 milyondan çox nüsxə ilə satılıb. Bu, dini kitabları çıxsaq, müəllif əsəri olaraq dünya tarixində MÜTLƏQ REKORD sayılır və 2008-ci ildə Ginnesin rekordlar kitabına düşüb.

Eyni zamanda, Harri Potter haqqında 7 əsər 65 dilə tərcümə edilib.

Gənc sehrbaz haqqında 8 filmdən yığılan məbləğ, “Box Office Mojo”nun qiymətləndirməsinə görə, 7.7 milyard dollar təşkil edib.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm